Hakim partiyası müxalifətlə razılaşma imzalayacaq - Gürcüstanda

img

16-04-2021 [17:24]


Gürcüstanın hakim Gürcü Arzusu Partiyası müxalifətlə danışıqlarda vasitəçilik etmiş Avropa Şurası prezidentinin nümayəndəsi Kristian Danielsonun hazırladığı sənədi imzalayacaq.

Bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, sənədə imza bu gün ictimaiyyət qarşısında atılacaq.

Qeyd edək ki, bir sıra təkliflərin yer aldığı sənəd martın 31-də dərc olunub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR