Ermənistan prezidenti Gürcüstan baş naziri ilə görüşə bilməyib

img

16-04-2021 [15:38]


Gürcüstanın baş naziri İrakli Qaribaşvili yaxın zamanlarda Ermənistana səfər edəcək.

Bu barədə Ermənistan prezidenti Armen Sarkisyan Tbilisidə jurnalistlərə açıqlamasında məlumat verib.

O deyib ki, Gürcüstana rəsmi səfəri çərçivəsində İ.Qaribaşvili ilə görüşə bilməsə də, onunla telefonla danışıb.

A.Sarkisyan yaxın gələcəkdə Gürcüstana yenidən səfər edəcəyini söyləyib: “Samtsxe Cavaxeti bölgəsinə baş çəkmək istəsəm də, bu, pandemiya səbəbindən mümkün olmadı”.

Qeyd edək ki, Gürcüstanın hökumət başçısı koronavirusa yoluxub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR