Daha bir jurnalistə agentlikdə vəzifə verildi: "Yeni işimdə də ona sadiq qalacağam"

img

16-04-2021 [14:47]


Tanınmış jurnalist Natiq Məməddli Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Mia.az xəbər verir ki, bu barədə jurnalist Natiq Məməddli "feysbuk" səhifəsində paylaşım edib.

O bildirib ki, 25 illik jurnalistlik fəaliyyətimdə yeni, daha məsuliyyətli mərhələyə qədəm qoyub:

"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri kimi fəaliyyətə başlayıram. Bu keçdiyim həyat yoluna, təcrübəmə və peşəkarlığıma göstərilən böyük etimaddır. Yeni düşüncəli, vətənpərvər, intellektual komandanın üzvü kimi bu etimadı doğrultmaq üçün səylərimi əsirgəməyəcəyəm. Məsuliyyəti dərk etmək və vicdanla çalışmaq – mənim köhnə prinsipimdir, yeni işimdə də ona sadiq qalacağam".


Digər xəbərlər
SON XƏBƏRLƏR