Azərbaycan millisi FİFA reytinqində 5 pillə geriləyib

img

16-04-2021 [14:34]


Qadınlardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.

Məlumata görə, Azərbaycan yığması 1320,61 xalla dünyanın 77-ci komandasıdır.

Millimiz sonuncu dəfə ötən ilin dekabrında açıqlanan reytinq cədvəli ilə müqayisədə 5 pillə geriləyib. Bu müddətdə komandamız 1,61 xal itirib.

Yığmamızın geriləməsinə 5 komanda – KXDR, İordaniya, İran, Peru və Ekvatorial Qvineyanın siyahıya dönməsi səbəb olub. Aktiv fəaliyyətdə olmadıqları üçün cədvəldən kənarlaşdırılan “beşlik” yenidən siyahıya daxil edilib.

Futbolçularımız hesabat dövründə iki oyun keçirib. Avropa çempionatının seçmə görüşlərində İspaniyaya 0:13 hesabı ilə uduzan komandamız sonra Moldovanı yenib – 1:0.

Qeyd edək ki, reytinqə ABŞ (2200,39), Almaniya (2089,23) və Niderland (2038,61) yığmaları başçılıq edir/ApaSport


Digər xəbərlər
SON XƏBƏRLƏR