Rəsmi Bakıdan Paşinyana açıq mesaj: "...diz çökəcək qarşıda"

img

16-04-2021 [10:07]


Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə parlamentindəki çıxışına cavab verib.

Nazirliyin Mətbuat xidməti idarəsindən Mia.az-a bildirilib ki, aprelin 14-də Ermənistan parlamentində çıxış edən N.Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb.

"Nikol Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil. Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:

"Yurdumuzu çiynəyən

Sayğısız hər kim olsa.

İnan ki, çox sürmədən,

Diz çökəcək qarşıda"


Digər xəbərlər
SON XƏBƏRLƏR