NAZARBAYEVİN BÖLGƏNİ KÖKÜNDƏN DƏYİŞƏCƏK İDEYASI: "Turan dəhlizi" və qarşısındakı əsas maneələr... - Professordan təhlil
16-04-2021 [22:17]
Kürşad ZORLU,
Professor
Haberturk.com
***
Türk Şurası ölkələrinin dövlət başçılarının zirvə toplantısında Qazaxıstanın qurucu prezidenti Nursultan Nazarbayevin qarşılıqlı ticarəti artıracaq bir potansial olaraq "Trans Xəzər Beynəlxalq Nəqliyyat" xəttindən söz açması və bu xətti “Turan dəhlizi" adlandırması diqqətdən qaça bilməz.
Əgər gərəkli addımlar atılarsa, belə bir güzərgah Avropa ilə Asiyanı bir-birinə bağlayan ən qısa və təhlükəsiz ticarət yolu ola bilər. Qarabağda əldə olunan anlaşma və burada ortaya çıxacaq yeni nəqliyyat xətləri də bunun bir hissəsidir…
Bu yolla, sadəcə, Türkiyə deyil, Türk dünyasının digər ölkələri də dünyanın dörd bir yanına daha sürətli və daha ucuz daşıma gerçəkləşdirə biləcək. Bu səbəblə pandemiyanın təsiri ilə tədarük zəncirlərində ehtimal olunan dəyişikliklər gözlənilərkən, Türk Şurası ölkələrinin daşımaçılıq məsələsindəki əngəl və maneələri həll etməsi gərəkdi.
Nazarbayevin bəhs etdiyi bu xətt Avropadan Türkiyəyə (Mərmərə burada kritik rola sahib), buradan Azərbaycan, Gürcüstana və Xəzər üzərindən Qazaxıstan, Türkmənistana uzanır. Bununla da Özbəkistan və Qırğızıstan da xəttin bir parçası olur. İçərisində Bakı-Tbilisi-Qars dəmiryolu da var. Xəttin digər ucunda isə Çin...Və əslındə, dəhlizin Çinə açıldığı yer bugünkü Şərqi Türkistan!
Təxminən 4.5 milyard insanı maraqlandıran 800 milyard dollarlıq bir ticarət həcmindən bıhs ediirk. İlk planlamalara görə, bu marşrutla ən azı 4 milyon tonluq yük daşınması mümkündür.
Ötən ilin təxminlərinə görə, Çindən Avropaya yükdaşıma müddəti 45-60 gün sürərkən, "Turan dəhlizi" ilə bu, 12-15 günə endirilə bilər.
Bu güzərgahda fokslanacaq ticarət yüklərinin daşınması yuxarıda Rusiya mərkəzli şimal dəhlizi ilə cənubdakı İran mərkəzli dəhlizə görə Türk Şurası sahəsini daha vacib faktor kimi önə çıxarır. Üstəlik, şuraya qoşulmaq istəyən digər ölkələri də nəzərə alsaq, bu proses daha da sürətlənəcək..
Ancaq siyasi məsələləri bir tərəfə qoyarsaq, Nazarbayevin bəhs etdiyi "Turan dəhlizi"nin istər qiymət, istərsə hədəflənən zaman fürsətinə çatmasına ciddi maneə yaradan hallar da var..
Ötən gün türk TIR sürücüsünün daşınmaçılıqdakı problemlərdən bəhs edən xəbər vardı.
Xəbərdəki mövzu TIR üzərindəki afişada "Türk dünyası türk TIR-larına qapalı” yazısı idi. Sürücülər yolboyu yaşadıqları problemləri anlatmaq üçün bu afişanı hazırlayıblar. Sərhədlərdəki ləngimləri, bahalı xərcləri dilə gətirdilər. Aydın olur ki, bir TIR-ın Orta Asiyaya gedişi təxminən 8 min dollara başa gəlir...
Bu arada ötənlərdə daşımaçılıq məsələsində keçirilən nazirlərarası görüşdə Qazaxıstan tərəfi Xəzər keçidi üçün daşıma xərclərini düşürməyə hazır olduqlarını ifadə edib.
Açığı, Xəzər üzərindəki gəmi və limanlar daha az xərcə və daha məhsuldar işlədilməlidir. Xəzər tranzit dəhlizinin ciddi nüfuz və təsir qazanması üçün əvvəlcə Bakı limanı – Aktau limanı arasında çalışan gəmi xərcləri düşürülməlidir. Eyni zamanda, Azərbaycanın aldığı xərclərin də azaldılması şərt kimi önə çıxır. Çünki xərclər çoxaldığı üçün Qazaxıstan xətti yerinə, Rusiya nəqliyyat xəttinə təlabat artır.
Türk Şurasının nəqliyyat komissiyalarının düzənsiz çalışması səbəbiylə limanlarda park və digər əlavə xərclər yaranır. Bir də nəqliyyat şirkətləri geridönüş yüklərinin təminatına fokslanır. Əslində, yük yox deyil, var.
Fəqət, digər iki dəhlizə (Rusiya və İran üzərindən) görə, başa-baş bir rəqabət yaşanır.
Türk Şurası ölkələri ta liman nöqtələrinə qədər qarşılıqlı dinamik bir xəbərləşmə mərkəzi qurarsa, bu, prosesə ciddi təkan verəcək. Eyni zamanda, şura daxilindəki qardaşlıq münasibətlərinə uyğun olaraq, lman layihələrinin düzgün əlaqələndirilməsi burada çox önəmlidir...
Tərcümə MİA.AZ-a məxsusdur.
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”