TÜRK NAZİRLƏ YUNAN NAZİR MƏTBUAT KONFRANSINDA "ATIŞDI": "Sən kraldan artıq kralsan..." - FOTO/VİDEO

img

15-04-2021 [20:44]


Bu gün Türkiyədə səfərdə olan Yunanıstanın Xarici işlər naziri Nikol Dendiasla Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu arasında keçirilən birgə mətbuat konfransında gərginlik yaranıb.

Mia.az xəbər verir ki, ilk sözə başlayan Çavuşoğlu "Biz qonşuyuq" deyərək, iki ölkə arasındakı bugünkü dialoqu müsbət qarşıladıqlarını bəyan edib:

"Bu ziyarətin anlamı böyükdür. Problemləri səmimi dialoqla həll edə bilərik. Problemlərə 3-cü ölkələr üzərindən yanaşmaq doğru deyil. Bugünkü görüşümüzdə ikili münasibətlərimizi ətraflı ələ aldıq. Biz Türkiyə olaraq Egedə, Qara dənizdə haqqımız uğrunda mübarizə aparırıq. Bununla bağlı detallı təkliflərimizi Avropa Birliyinə (AB) təqdim etdik, indi cavab gözləyirik.

Biz iki qonşu ölkə olaraq iqtisadi əlaqələrə də böyük önəm veririk".

Çavuşoğlu daha sonra deyib ki, həmkarı ilə ölkəsindəki yunanlar və Afinadakı türklərin vəziyyətini də müzakirə ediblər: "Əlbəttə, hər iki ölkədə azlıqların rahat və rifah içində yaşamaları bizim xeyrimizədir. Bizdə də çoxlu Ortodoks abidələr var. Onların təmiri məsələsində də işbirliyi qura bilərik".

Çavuşoğlu yunan nazirlə 2003-dən AŞPA-dan tanış və dost olduğunu da deyərək, bugünkü görüşün problemlərin həllində vacib rol oynayacağına ümiidvar olduğunu bildirib.

Atdınca söz alan yunan nazir Türkiyənin Avropa Birliyinə üzvlüyünə müsbət yanaşdıqlarını bildirib.

O, gözlənilmədən Türkiyənin ölkəsinin ərazi bütövlüyünə qəsd etdiyini, daha sonra Lozan müqaviləsini xatirladıb, ölkəsindəki türklərin türk deyil, müsəlman olduqlarını, həmçinin Avropa Birliyinin Türkiyəyə qarşı qərarını yada salaraq, bir sıra ittihamlar səsləndirib: "Türkiyə Kiprin suverenlik haqlarını ihlal edən əməllərdən əl çəkməlidir. Bir daha deyirəm: Yunanistan Türkiyənin AB üzvlüyünü dəstəkləyir. Biz inanırıq ki, qonşu üzvlər olaraq hər iki tərəf və biz Türkiyədən çox şey qazana bilərik. Ancaq biz buna qərar verəcək deyilik. 

Viza məsələsinə gəldikdə, AB-ni inkaredilməz qaydalar var: təməl insan haqları və azadlıqlara sayğı, üzv öllkələrin topraq bütövlüyünə və süverenliyinə hörmət. Bu gün isə biz savaş təhdidi ilə üz-üzəyik. Bu, qonşuluq münasibətlərinə, AB standartlarına uyğun deyil. Türkiyə dəniz hüququyla bağlı BMT qərarlarını da qəbul etmir...".

Yunan nazir Türkiyənin miqrant məsələsini də "silah" kimi istifadə etdiyini idda edib. Daha sonra jurnalistlərin qarşısında Aya Sofiyanın məscidə çevrilməsinə etiraz edib. Bundan sonra o, türk həmkarını Afinaya dəvət edib.

Yunan nazirin bu və ya digər ittihamlarına Çavuşoğlu çox sərt cavab verib: "Mən sözlərimdə Yunanistanı itthamedici ifadə işlətmədim. Niko Dendias, təəssüf ki, ölkəmə son dərəcə qəbuledilməz ittihamlar irəli sürdü. Yunanıstanın suverenlik haqlarına ihlaldan danışdı, bunu qəbul etməm mümkün deyil. Bizim atdığımız addımlar haqlarımızı qorumaya yönəlikdir. Bu məsələni öz aramızda müzakirə etdiyimiz halda, buraya (mətbuat konfransına) gəlib, Türkiyəni suçlarsanız, bunların cavabını vermək durumunda qalaram. Ayrıca biz Yunan Ortodoksları qəbul edirik. Amma sizin Yunanistandakə Türk azlıqa "Sən Türk deyilsən, müsəlmansan" deməniz, beynəlxalq hüquqa ziddir. 3 məhkəmə qərarı var. Yaxşı, bunlar yunan müsəlmanımı?! Bunlar özlərini türk görürsə, türkdür.

Anlaşmalar məsələsində də fərqli düşünə bilərik. Liviya ilə olan anlaşmalarda da, təbii ki, eyni düşünmürük. AB Komissiyasının bunu qınaması bir şey ifadə etmez, bizim umrumuzda da deyil. Miqrant məsələsi də nə Avropa, nə də Yunanıstana qarşı istifadə olunmadı. Sizin 4 ildə 80 min insanı dənizə necə atmanızı dedik. Burada  mətbuat önünə çıxıb Türkiyəni suçlamaya qalxırsınız. Bunları qəbul etməm mümkün deyil.

Türkiyə olaraq biz üçüncü tərəflər yerinə, iki ölkə olaraq bu məsələləri danışmağa, səmimi dialoq çərçivəsində fikir ayrılıqlarımızı azaltmağa hazırıq. Ancaq mətbuat qarşısında ölkəmi və millətimi bu şəkildə ittham edərsəniz, mənim cavab verməm qaçılmazdır".

Bundan sonra yenidən söz alan yunan nazir Çavuşoğluna "Sən kraldan daha artıq kralsan" deyərək, növbəti qızışdırıcı ifadələr işlədib.

Çavuşoğlu bunlara da sərt cavab verib.

Türk nazir daha sonda yunan həmkarına bir daha xatırladıb: "Bütün problemləri biz iki ölkə öz aramızda həll edə bilərik. Ancaq 3-cü ölkənin rolu olmadan. Zatən, onların marağə bəllidir, silah-filan satmaq..."

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR