Moskva hərəkətləndi, ABŞ səfiri XİN-ə çağırıldı: "Rusiyanın cavabı qaçılmaz olacaq" - İki super güc savaş astanasında

img

15-04-2021 [17:13]


ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Mia.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O deyib ki, ABŞ-ın ölkəsinə qarşı yeni sanksiyaları cavabsız buraxılmayacaq: “Baş verəcəklərə görə bütün məsuliyyət ABŞ-ın üzərinə düşür. Qeyd edim ki, sanksiyalarla əlaqədar artıq ABŞ-ın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb. Bu cür aqressiv davranışın əlbəttə ki, qəti bir cavabı olacaq. Rusiyanın ABŞ sanksiyalarına cavab qaçılmazdır. Vaşinqton başa düşməlidir ki, ikitərəfli münasibətlərin deqradasiyasına görə cavab vermək lazım gələcək. Baş verənlərə görə məsuliyyət tamamilə Amerika Birləşmiş Ştatlarının üzərinə düşür”.

Qeyd edək ki, ABŞ bu gün Rusiyaya qarşı növbəti sanksiya tətbiq edib.

ABŞ Prezidenti Co Baydenin Fərmanına əsasən, Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşı ölkədən çıxarılacaq.

Bundan başqa, ABŞ öz şirkətlərinə Rusiya Mərkəzi Bankı, Milli Sərvət Fondu və ya Maliyyə Nazirliyi tərəfindən buraxılmış qiymətli kağızları birbaşa almağı qadağan edir.

Sənəddə Rusiya Xarici Kəşfiyyat Xidmətinin “Solar Winds”ə kiberhücuma görə məsuliyyət daşıdığı bildirilir.

ABŞ Maliyyə Nazirliyi isə Rusiyanın ABŞ-da seçkilərdə müdaxilədə şübhəli bilinən 16 təşkilatına və fiziki şəxsinə sanksiya tətbiq edib: "Birləşmiş Ştatlar Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşını ölkədən çıxarır. Əməkdaşlar arasında Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri var”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub