ABŞ-dan Rusiyaya yeni həmlə - Sanksiyalar tətbiq olundu

img

15-04-2021 [16:23]


ABŞ Rusiyaya qarşı sanksiya tətbiq edib.

Mia.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı sanksiya tətbiq edilməsi barədə Fərman imzalayıb. 

Sanksiyaya əsasən, Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşı ölkədən çıxarılacaq.

Bundan başqa, ABŞ öz şirkətlərinə Rusiya Mərkəzi Bankı, Milli Sərvət Fondu və ya Maliyyə Nazirliyi tərəfindən buraxılmış qiymətli kağızları birbaşa almağı qadağan edir.

Sənəddə Rusiya Xarici Kəşfiyyat Xidmətinin “Solar Winds”ə kiberhücuma görə məsuliyyət daşıdığı bildirilir.    

ABŞ Maliyyə Nazirliyi isə Rusiyanın ABŞ-da seçkilərdə müdaxilədə şübhəli bilinən 16 təşkilatına və fiziki şəxsinə sanksiya tətbiq edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR