Çempionlar Liqasında yarımfinal mərhələsinin təqvimi bəlli oldu

img

15-04-2021 [14:40]


UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin təqvimi bəlli olub.

Məlumata görə, İngiltərə təmsilçiləri "Çelsi" və "Mançester Siti" ilk oyunlarını səfərdə keçirəcək.

"Zadəganlar" aprelin 27-də ispaniyada "Real Madrid", "şəhərlilər" isə 1 gün sonra Fransada PSJ ilə üz-üzə gələcəklər.

Komandalar arasında cavab matçları isə 4-5 mayda olacaq. İlk oyun günündə "Mançester Siti" - PSJ, növbəti gündə isə "Çelsi" - "Real Madrid" matçları oynanılacaq.

Qeyd edək ki, final oyunu mayın 29-da Türkiyənin İstanbul şəhərində keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR