Bu futbolçulara ömürlük cəza verildi

img

14-04-2021 [15:39]


Ukrayna Futbol Assosiasiyasının (UAF) Nizam-İntizam Komitəsi qondarma Luqansk Xalq Respublikası (LXR) və Donetsk Xalq Respublikasının (DXR) komandalarının oyunlarında iştirak etmiş 26 yerli futbolçu ilə bağlı qərar verib.

 UAF-nin rəsmi saytında verilən məlumata görə, ölkə futbolunun imicinə xələl gətirməkdə ittiham olunan oyunçuların hər biri ömürlük diskvalifikasiya edilib.

Onların 9-u "LXR yığması"nın heyətində qondarma Abxaziya Respublikası ilə yoldaşlıq matçında forma geyinib. Həmin qarşılaşma 2020-ci il sentyabrın 25-də Gürcüstanın Suxumi şəhərində oynanılıb.

Digər 17 futbolçu isə LXR-in "Vostok-Uqol" klubu ilə dekabrda eyni şəhərdə baş tutmuş "Qardaş Xalqlar Liqası" turnirində iştirak edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR