Paşinyandan rəsmi Moskvaya jest: "Erməni-rus hərbi ittifaqı və..."

img

14-04-2021 [13:19]


Rusiya və Ermənistan Ermənistanda 102-ci Rusiya hərbi bazasının imkanlarının genişləndirilməsi məsələsini müzakirə edir.

"Sputnik Armenia”nın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin bugünkü iclasında deyib.

O bildirib ki, Sünikdə dayaq məntəqəsi yaradıla bilər.

Baş nazir Rusiya ilə hərbi ittifaqın ölkəsinin təhlükəsizliyində vacib əhəmiyyəti barədə də danışıb.

“Ermənistanın xarici təhlükəsizliyinin dayağı erməni-rus hərbi ittifaqı və onu möhkəmləndirən onlarla beynəlxalq hərbi və strateji müqavilələr və müttəfiqlərlə qarşılıqlı öhdəliklərdir”, -  deyə N. Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, təhlükəsizliyin təmin edilməsi baxımından erməni-rus döyüş qruplarının fəaliyyəti və vahid Hava Hücumundan Müdafiə sistemi mühüm praktiki əhəmiyyət kəsb edir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA