Sabirabadda Kürdə boğulmuş bacı-qardaşdan daha birinin meyiti tapıldı - Təfərrüat + FOTO

img

14-04-2021 [09:09]


Bu gün səhər saatlarında Sabirabadda 5 gün əvvəl Kürdə boğulmuş uşağın meyiti batdığı yerdən 3 km aralıda FHN-nin axtarş dalğıc-xilasedici qrupu tərəfindən tapılaraq sudan çıxarılıb.

Mia.az xəbər verir ki,  aprelin 9-da 5 yaşlı Cəngən kənd sakini Hüseyn Hüseynlinin bacısı Məryəm Şahin qızı Hüseynlinin əlindən tutaraq Kür çayına tərəf getməsini görənlər olub.

Sonradan məhz Məryəmin ayaqqabıları Kür çayının kənarında tapıldığından çayda axtarışlara başlanılmışdı.

Məryəmin meyiti 2 gün sonra Kürdə tapılıb. Qardaşı 5 yaşlı Hüseynin cəsədi isə bu gün səhər tapılaraq sudan çıxarılıb və hüquq-mühafizə orqanlarına təhvil verilib.

Qeyd edək ki, uşaqların atası bu yaxınlarda həbs olunub, onlar ailədə 5 uşaqdırlar.

Hadisə baş verən vaxt ana və böyük qardaşları fəhlə işlədikləri təsərrüfatda olublar.

2 məktəbli bacıları isə oxuduqları kənd orta məktəbində şəhid Murad Mirzəyevin anım tədbirinə gediblərmiş.

Hələlik hadisənin hansı səbəb və şəraitdə baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Emil Məmmədov,

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR