Azərbaycanda peşəkar din xadimləri prezident, deputat ola bilməyəcək - Yeni qanun

img

13-04-2021 [17:27]


Din xadimləri peşəkar dini fəaliyyətlə məşğul olduqları müddətdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyə üzvü ola bilməyəcəklər.

Bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin III hissəsinə və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, din xadimləri peşəkar dini fəaliyyətlə məşğul olduqları müddətdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyə üzvü ola bilməyəcəklər/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA