Daha 6 məktəb bağlanıb - 11 müəllimdə koronavirus aşkarlanıb

img

13-04-2021 [15:07]


Ucar rayonunda daha 6 orta məktəb koranavirusa görə bağlanıb.

Məlumata görə, Ucar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında rayonun Qazyan 1 saylı, Alpout 2 saylı, Qarabörk, Rəstəcə, Küçəkənd tam orta məktəbləri və Bərgüşad ümumi orta məktəblərində əyani təhsil müvəqəti olaraq dayandırılıb.

Buna səbəb adıçəkilən məktəblərdə ümumilikdə 11 müəllimdə COVID-19 testinin nəticələri pozitiv çıxmasıdır. Fəaliyyəti dayandırılmış məktəblərdə dərslərin onlayn rejimdə tədrisinə qərar verilib.

Hazırda məktəblərdə dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, Ucar rayonunda ümumilikdə 45 orta məktəb fəaliyyət göstərir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR