Bakıdakı Hərbi Qənimətlər parkı haqda xəbərlər xarici mətbuatda yayılıb

img

13-04-2021 [13:17]


Moldovanın bir neçə aparıcı, böyük auditoriyaya malik olan informasiya portallarında (noi.md, dosug.md) Bakıda Hərbi Qənimətlər parkının açılışı barədə rus və rumın dillərində silsilə xəbərlər dərc olunub.

Mia.az xəbər verir ki, noi.md saytında «Алиев показал обломки российских «Искандеров» из Нагорного Карабаха» başlığı ilə dərc olunan xəbərdə Prezident İlham Əliyev tərəfindən Bakıda Hərbi Qənimətlər parkının açılış olunduğu, parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, 300-dən çox eksponat, o cümlədən 150-dən çox ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahların və hərbi nəqliyyatın sərgiləndiyi bildirilir.

Eyni zamanda, Şuşaya atılan Rusiya istehsalı olan «İskəndər-M» raketlərinin Ermənistanın haradan əldə etdiyi barədə Prezident İlham Əliyevin sualı və bu suala ölkəmizin cavab gözlədiyi qeyd olunur.

Dosug.md saytında «Азербайджан оценил армянские потери в технике из-за войны в Карабахе» adlı yazı işıqlandırılıb. Yazıda sonuncu Dağlıq Qarabağ müharibəsi gedişində düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş hərbi texnikasının dəyəri Azərbaycan tərəfindən 5 milyard dollar cıvarında qiymətləndirildiyi qeyd olunur. Bununla yanaşı xəbərdə Prezident İlham Əliyevin sözlərinə istinadən bildirilir ki, Ermənistan uzun illər hərbi texnikanı digər ölkələrdən «hədiyyə» qismində aldığı müddətdə, Azərbaycan bütün texnikanı öz vəsaiti hesabına əldə edib. Həmçinin yazıda Hərbi Qənimətlər parkında Şuşaya atılan Rusiya istehsalı olan «İskəndər -M» raketlərinin qalıqlarının nümayiş olunduğu və bu qalıqların Ermənistan tərəfindən haradan əldə olunduğu barədə sualına ölkəmizin cavab gözlədiyi vurğulanır.

Dərc olunan xəbərlər ilə ətraflı tanış olmaq aşağıdakı linklərdən mümkündür.

https://noi.md/ru/v-mire/aliev-pokazal-oblomki-rossijskih-iskanderov-iz-nagornogo-karabaha

https://noi.md/md/in-lume/aliev-a-aratat-fragmente-ale-rachetelor-rusesti-iskander-din-nagorno-karabah

https://dosug.md/ru/news/1440429/

https://dosug.md/ru/news/1440390/


Digər xəbərlər
SON XƏBƏRLƏR