DÖVLƏT VƏSAİTLƏRİ NECƏ TALANIB? - Daha bir nazirlikdəki yoxlama materialları yayıldı + DETALLAR
13-04-2021 [12:29]
Hesablama Palatası dövlət əsaslı vəsait qoyuluşundan və Ehtiyat Fondundan Gənclər və İdman Nazirliyinə ayrılan vəsaitlərdən istifadənin auditinin nəticələrini açıqlayıb.
Məlumata görə, seçilmiş obyektlərin tikintisinə başlanma tarixindən 01.10.2020-ci il tarixinədək olan dövr əhatə olunmaqla, audit 20.10.2020-ci il tarixindən 10.11.2020-ci il tarixinədək keçirilib.
Sənədd qeyd olunur ki, nazirlik tərəfindən “Dövlət Satınalmaları haqqında” qanunun bəzi tələblərinə tam əməl edilməyərək satınalma müqavilələri bağlanıb.
Məsələn, Tərtər Olimpiya İdman Kompleksinin tikintisi üzrə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən tikinti işlərinin yerinə yetirilməsi üçün bir mənbədən satınalma ilə bağlı müqavilənin bağlanmasına 28.02.2020-ci il tarixli məktubla razılıq verildiyi halda, podratçı təşkilatla 13.02.2020- ci il tarixində 645,7 min manat satınalma müqaviləsi bağlanıb. O cümlədən Nazirlik tərəfindən Lənkəran Olimpiya İdman Kompleksinin tikintisi üzrə malların (iş və xidmətlərin) satınalınması təcili tələbatın yarandığı səbəb kimi göstərilərək 30.01.2018-ci il tarixində bir mənbədən satınalma metodları tətbiq edilməsinə razılıq alınsa da, podratçı təşkilatla 2018-ci ilin may ayının sonunda, yəni 4 aydan sonra 4585,0 min manat dəyərində satınalma müqaviləsi bağlanıb.
Nazirliklə podratçı təşkilatlar arasında 4 obyekt üzrə bağlanmış 8 satınalma müqaviləsinin 14.3-cü bəndində nəzərdə tutulan müddətlərdə işlərin yerinə yetirilməsi gecikdirilmiş və müqavilənin xüsusi şərtlərinin 8.1-ci bəndinin tələblərinə uyğun gecikdirilmiş 3513 günə görə hər gün üçün 0,01% həcmində 2088705,7 manat cərimə hesablanması təmin olunmayıb. Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisi üzrə 3 halda gecikdirilmiş günlərin sayı 892, hesablanmalı cərimənin məbləği 323068,4 manat, Lənkəran Olimpiya İdman Kompleksinin tikintisi üzrə gecikdirilmiş günlərin sayı 2 halda 1584, hesablanmalı cərimənin məbləği 1038076,0 manat, Beyləqan Olimpiya İdman Kompleksinin tikintisi üzrə gecikdirilmiş günlərin sayı 1 halda 358, hesablanmalı cərimənin məbləği 590700,0 manat, Yardımlı Olimpiya İdman Kompleksinin tikintisi üzrə gecikdirilmiş günlərin sayı 2 halda 679, hesablanmalı cərimənin məbləği 136861,3 manat hesablanır.
Obyektlərin smeta sənədlərində qüvvədə olan tikinti norma və qaydaları ilə müəyyən edilən “Qiymətləndirici”lərin düzgün tətbiq edilməməsi nəticəsində 1028671,27 manat məbləğində qiymət fərqinin yaranmasına yol verilib, “İşlərin qəbulu haqqında Akt”lara (F№2) əlavə iş həcmi daxil edilərək, podratçı təşkilatlara ƏDV ilə 415572,57 manat məbləğində artıq vəsait ödənilib.
Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə 170583,0 manat, Bakı şəhəri F.Xoyski prospekti 98A ünvanında yerləşən Respublika Olimpiya Mərkəzinin təmir obyekti üzrə 63662,0 manat, Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə 165540,0 manat, Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə 15787,57 manat ödənilib.
Maliyyə vəsaitlərinin idarəedilməsi üzrə düzgün olmayan qərarların qəbul edilməsi nəticəsində Tərtər Olimpiya İdman Kompleksinin tikintisi layihəsi üzrə 2014-cü ilin dekabr ayından 2015-ci ilin iyul ayına qədər 554,5 min manat, 2015-ci ilin iyul ayından 2016-cı ilin fevral ayına qədər isə 356,6 min manat dövlət vəsaiti podratçı təşkilatın istifadəsində qalıb, digər podratçı təşkilata təqdim olunan “İşlərin qəbulu haqqında Akt”la (Forma №2) qəbul edilən işlərin dəyərindən artıq vəsait ödənilməsi səbəbindən 965,0 manat debitor borcun yaranmasına yol verilib.
Nazirlikdə fəaliyyət sahələri üzrə ehtimal olunan risklərin (nöqsan və uyğunsuzluqların) əvvəlcədən qarşısının alınması (proaktiv yanaşma) məqsədilə xüsusi nəzarət fəaliyyəti təşkil olunmayıb. Obyektlərin layihələri ilə smeta sənədlərində göstərilən iş həcmləri arasında 534148,48 manat fərqin yaranmasına, “İşlərin qəbulu haqqında Akt”lara (F№2) əlavə iş həcmi daxil edilərək podratçılara ƏDV ilə 415572,57 manat məbləğində artıq vəsait ödənilməsi hallarına yol verilib. Auditor rəyində qeyd olunur ki, audit qrupu tərəfindən aşkar edilmiş faktlara (nöqsan və uyğunsuzluqlara) Gənclər və İdman Nazirliyi tərəfindən təqdim olunan cavab məktubunda verilən izahatlara və yuxarıda göstərilənlərə əsasən qeyd etmək olar ki, dövlət büdcəsindən auditi aparılan obyektlərin tikintisinə və əsaslı təmirinə ayrılan vəsaitlərin istifadəsinin audit meyarları ilə müqayisədə əhəmiyyətli uyğunsuzluq halları mövcuddur.
Təklif olunub ki, Gənclər və İdman Nazirliyi tərəfindən “İşlərin qəbulu haqqında Akt”lara (F№2) əlavə iş həcmi daxil edilərək podratçı təşkilatlara ƏDV ilə artıq ödənilmiş 415572,57 manat məbləğində vəsaitin - Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə 170583,0 manatın, Bakı şəhəri F.Xoyski prospekti 98A ünvanında yerləşən Respublika Olimpiya Mərkəzinin təmir obyekti üzrə 63662,0 manatın, Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə 154840,0 manatın podratçı təşkilatlar tərəfindən dövlət büdcəsinə qaytarılması nəzərə alınsın. Eyni zamanda, Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə podratçı təşkilata artıq ödənilmiş 10700,0 manat və Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə podratçı təşkilata artıq ödənilmiş 15787,57 manat vəsaitin dövlət büdcəsinə qaytarılması nəzərə alınsın.
Gənclər və İdman Nazirliyinin rəhbərliyinə tövsiyə olunub ki, malların (işlərin və xidmətlərin) satınalınması, eləcə də dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən dövlət büdcəsindən və büdcədənkənar fondlarından, həmçinin məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması ilə əlaqədar törədilmiş bəzi hüquqpozmalara görə müvafiq olaraq cinayət və inzibati məsuliyyəti müəyyən edilsin/APA.
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)