“Albert Gəncəli” idman zalında güllələndi - Kriminal avtoriteti kimlər öldürdü? + Həmin anın VİDEOSU

img

12-04-2021 [19:37]


Kriminal aləmdə “Albert Rıjiy” və “Albert Gəncəli” kimi tanınan və Sankt-Peterburqdan olan avtoritet Əli Heydərov bu gün Moskvada qətlə yetirilib.

Rusiya KİV-ləri xəbər verir ki, onu yaşadığı binanın idman zalında güllələyiblər.

Hücumda bir neçə nəfər iştirak edib və onlar qaçaraq hadisə yerindən uzaqlaşmağa müvəffəq olublar.

Qeyd edək ki, 1981-ci il fevralın 2-də Gəncədə anadan olan Əli Heydərov 2013-cü ildə qətlə yetirilən “Ded Xasan”ın klanına mənsub olub. Əli buna qədər ona qarşı törədilmiş üç sui-qəsddən salamat çıxsa da, dördüncüsündə həyatını itirib.

 
 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR