Elçin Əmirbəyov: "Bəzi ekspertlər Ağdamı Naqasaki, Hiroşima və Sarayevo ilə müqayisə edirlər"
12-04-2021 [16:32]
Ağdam şəhərinin bugünkü vəziyyətini Naqasaki, Hiroşima, Vukovar, Sarayevo, Drezden kimi şəhərlər ilə müqayisə edirlər.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov beynəlxalq analitik mərkəzlərin nümayəndələrinin Ağdam rayonuna səfəri zamanı jurnalistlərə açıqlamasında deyib: “Bu, birinci dəfə deyil, siz özünüz də görürsünüz ki, bir neçə dəfə müxtəlif xarici qruplar buraya səfər edib. Bu gün gəlmiş qonaqlar 15 ölkədən çox beyin mərkəzində çalışan siyasətşünaslardan, politoloqlardan ibarətdir. Bu, o insanlardır ki, hərəsi öz ölkəsində bu mövzu ilə bağlı, Ermənistan və Azərbaycan arasında baş verən münaqişə ilə bağlı vəziyyəti işiqlandırır”
O deyib ki, buna görə, həmin ölkələrdə bu mövzuda vəziyyətin və reallıqların, həqiqətlərin çatdırılması baxımından bu səfərlərin rolu çox böyükdür: “Ona görə də onların buraya gəlməsinin əsas səbəbi Ermənistan tərəfindən Azərbaycana qarşı, bizim xalqımıza qarşı törədilmiş bu vəhşiliklərin nədən ibarət olduğunu öz gözləri ilə görməsidir. Bilirsiniz ki, öz lobbiçilik qüvvələrinə əsaslanaraq ermənilər özləri bu işğalı və vandallığı törətdiklərinə baxmayaraq, yenə də bizə qarşı informasiya müharibəsi aparırlar. Sözsüz ki, bu baxımdan bu cür səfərlər davam etdiriləcək, müxtəlif qonaqlar yenə də buraya gətiriləcək və vəhşiliyə məruz qalmış şəhərləri bir-bir göstərəcəyik”.
“Ağdam şəhərinə gəldikdə isə, doğrudan da, biz bayaqdan bir neçəsi ilə danışdıq və onlar bu şəhərin bugünkü vəziyyətini Naqasaki, Hiroşima, Vukovar, Sarayevo, Drezden kimi şəhərlər ilə müqayisə edirlər. Hətta deyirdilər ki, müəyyən mənada burada böyük dağıntılar görüblər. Burada keçmiş diplomatlar da var, Azərbaycanla, Cənubi Qafqazla maraqlanan mütəxəssislər var. Ona görə də onların gedib bu həqiqətləri çatdırmasında böyük əhəmiyyət var”, – deyə E.Əmirbəyov bildirib.
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək
"...yardımımızı davam etdirməyə hazırıq" - ABŞ-dan rus sülhməramlılarının Qarabağı tərk etməsinə reaksiya
Bələdiyyədə hər yerə gizli kameralar yerləşdirilib: "Hər yerdə "böcək" və gizli kameralar var..."
Xankəndidə yenə silah-sursat aşkarlanıb
Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"
Ərdoğanın "qapı açıqdır" mesajına CHP lideri Strasburqda cavab verdi: "Yaxın günlərdə üzbəüz görüşəcəyik"
TƏBİB rəhbəri Arzu Bəndəliyevanı baş həkim təyin edib
Türkiyə parlamentində deputatların sayı azalıb - Səbəb
Ağdamda minaatan qurğular tapılıb
Çempionlar Liqasında nəhəng komanda və məşqçilərin döyüşü: "Real Madrid" penaltilərlə rəqibini "yedi"
Çempionlar Liqası: "Bavariya" ingilis klubunu əliboş yola saldı
İsrail ordusu Livanın cənubunu fasiləsiz bombalayır - Dağıntılar var
XİN-dən xəbərdarlıq: "Livana getməyin!"
Türkiyə ordusu İraqa girir, 30 km-lik neytral zolaq çəkiləcək: "Hədəfdə iki bölgə var"
Başlıbel qətliamından 31 il ötür
Körfəz ölkələrində sel: 18 nəfər ölüb - 10-u tələbədir
Yaponiyada ard-arda zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə Pakistana başsağlığı verib - 63 nəfərin ölümü ilə bağlı
Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə görüşüb - FOTO
Azərbaycanla daha bir ölkə arasında viza tələbi qaldırılır
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
Çingiz Abdullayev sağalıb - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
Hərbi Hava Qüvvələri təlimdə - VİDEO
Yunanıstanda etiraz: işçilər bir günlük işə çıxmayacaq
Daha bir prezident COP29-a dəvət olunub
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
Eldar Əzizov müxalifətin mitinq tələbinə "yox" dedi
Daha bir sabiq deputat vəfat edib