Niyaməddin Musayev xəstəxanaya yerləşdirilib: "Səhhəti qaydasındadır..."

img

12-04-2021 [12:25]


Koronavirusa yoluxan Xalq artisti Niyaməddin Musayev xəstəxanaya yerləşdirilib.

Reyting.az xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən N.Musayevin müalicəsi davam edir.

Xəstəxanadan bildirilib ki, sənətçi aprelin 7-də tibb müəssisəsinə daxil olub: “Hazırda özünü yaxşı hiss edir və səhhəti qaydasındadır. 80 yaşlı pasiyentin beyinin oksigenlə təminat səviyyəsi 94, bədən temperaturu isə 36 dərəcədədir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR