Qarabağdakı rus sülhməramlılarının komandirindən gözlənilməz ittiham: "Ermənistan hakimiyyəti təxribat törədir"

img

09-04-2021 [14:36]


“Hərbi əsirlərin qaytarılacağı ilə bağlı xəbər təxribat idi” .

Bunu Azəbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov “Hraparak”a müsahibəsində bildirib.

Jurnalist ondan Ermənistan rəsmilərinin məhbus mübadiləsinin həyata keçiriləcəyini elan etməsinin səbəbini soruşub. O da “Yalan və təxribatdır. Onlardan soruşun. Əhalini çaşdırırlar”.

R.Muradov deyib ki, əsirlərin qaytarılması ilə bağlı heç nə planlaşdırılmamışdı və bu, Bakıya işgüzar səfər idi.

Qeyd edək ki, Ermənistan hakimiyyəti Yerevandan Bakıya əsirləri gətirmək üçün təyyar yollandığını və geri boş qayıtdığı barədə məlumat yaymışdı. Aprelin 8-dən Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında Qarabağda döyüş zaman əsir və girov düşdüyü iddia olunana hərbçilərin qohumlarının aksiyası keçirilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR