PUTİN ƏLİYEVƏ ZƏNG ETDİ: "Qarabağ ətrafındakı vəziyyət və..." - Nələr razılaşdırılıb?

img

08-04-2021 [20:50]


Aprelin 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında vəziyyət, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq vəziyyətin daha da sabitləşdirilməsinin müzakirəsi davam etdirilib.

Söhbət zamanı xüsusi olaraq sülhün, təhlükəsizliyin və regionun davamlı sosial-iqtisadi inkişafının təmin olunması, həmçinin nəqliyyat kommunikasiyalarının bərpası üzrə işin gedişi ətraflı şəkildə nəzərdən keçirilib. Bu baxımdan aprelin 7-də Moskvada Rusiya-Ermənistan yüksək səviyyəli görüşünün yekunları nəzərə alınıb. Müxtəlif formatlarda təmasların fəallaşdırılması qərara alınıb.

***

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyətin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq bundan sonrakı stabilləşməsinə dair müzakirəsi davam etdirilib.

Regionda sülhün, təhlükəsizliyin və ardıcıl sosial-iqtisadi inkişafın təmin olunması məsələlərinə, eləcə də nəqliyyat kommunikasiyalarının bərpa olunması işinin gedişatına ətraflı baxılıb.

Bununla yanaşı, aprelin 7-də Moskvada baş tutan ali səviyyədə Rusiya-Ermənistan danışıqlarının yekunları nəzərə alınıb.

Müxtəlif formatlarda təmasların aktivləşdirilməsi razılaşdırılıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:14 22.04.2024

Sabah yağış yağacaq