Generalın qollarını qandallayan azərbaycanlı... - Həmzə Sadıqovun qəhrəman adı almasına kim mane olub?

img

07-04-2021 [14:18]


Vermaxtın ali rütbəli zabitlərindən olan general İohan Karl Rodenburqun böyük nüfuza sahib olmasının səbəblərindən biri Adolf Hitlerlə yaxın dostluq münasibətləri olub. Onlar hələ gənclik illərindən yoldaşlıq ediblər, gələcək general gələcək fürerin siyasi fəaliyyətində ona dəstək verib, ən ağır və gərgin vaxtlarda, o cümlədən məşhur “Pivə qiyamı” zamanı Rodenburq Hitleri tək buraxmayıb.

İkinci Dünya müharibəsinə başlayanda Hitler Rodenburqa böyük inam bəsləyib. Fürer ən ağır əməliyyatları ona həvalə edib. Təsadüfi deyil ki, Hitler Stalinqrad cəbhəsindəki Vermaxtın 76-cı piyada diviziyasına məhz Rodenburqu komandir təyin edib. Stalinqrad uğrunda gedən döyüşlər hər iki tərəf, SSRİ və Almaniya üçün həlledici məqam sayılıb. Bunu anlayan fürer Stalinqrada ən elit qoşunlarını göndərib. Altı ay davam edən Stalinqrad döyüşləri bütövlükdə İkinci Dünya müharibəsinin gedişatını dəyişib, SSRİ-ni və müttəfiqlərini qələbəyə daha da yaxınlaşdırıb.

Həmin ərəfədə Rodenburq birbaşa Hitlerin əmrlərini icra edib. Özünə güvənli olan Rodenburq bu bölgədə hərbi uğurun qazanılması üçün bütün vasitələrə, ən sərt və amansız tədbirlərə əl atıb.

General Rodenburq həm də yəhudilərin məhv edilməsi üzrə “mütəxəssis” sayılıb. O, Stalinqraddakı bir neçə binanın zirzəmisində girov götürdüyü yəhudi ailələrinin, uşqların üzərində sınaqlar aparıb. Bununla yanaşı Rodenburq hələ müharibənin ilk illərində bioloji silah hazırlayan xüsusi bölməyə rəhbərlik edib.

General Rodebburqun Stalinqraddakı fəaliyyəti Moskvanı ciddi narahat edib, İosif Stalin bu amansız faşistin nəyin bahasına olursa olsun aradan götürülməsini zəruri sayıb və bu missiyanı həyata keçirməyi rəsmi əmrlə Baş Kəşfiyyat İdarəsinə (QRU) tapşırıb.

Beləlikləi, 1942-ci ilin sonlarında hərbi əməliyyatların ən gərgin ərəfəsində Stalinqradda yerləşən alman qoşunlarının qərargahının məhv edilməsi ilə bağlı xüsusi əməliyyat hazırlanıb. Rodenburqun qərargahının məhv edilməsi, generalın əsir götürülməsi isə Stalinqrad cəbhəsində çevikliyi, qoçaqlığı, peşəkarlığı ilə fərqlənən azərbaycanlı Həmzə Sadıqova həvalə edilib.

Qeyd edək ki, əslən Şuşalı olan Həmzə Sadıqov 1915-ci ildə Ağdam rayonunda anadan olub. 1938-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətdən sonra Kiyev Artilleriya Məktəbini bitirib, zabit kimi hərbi xidmətə başlayıb. Almaniyanın

SSRİ-yə hücumu başlandığı ilk gündən xidmətini döyüş bölgələrində aparıb. Stalinqrad döyüşləri zamanı Həmzə Sadıqov baş leytenant rütbəsində batareya komandiri vəzifəsində xidmət edib. O, eyni zamanda “Sadıqaşvili”, “Ded Qamza” şərti adları altında Baş Kəşfiyyat İdarəsinin 4-cü şöbəsinin əməkdaşı kimi də kəşfiyyat xidmətinə cəlb edilib.

Nəmzə Sadıqov başçılıq etdiyi kəşfiyyat qrupu ilə əvvəcə Rodenburqun qərargahını mühasirəyə alıb. Mühafizəçilərinin ciddi müqavimətinə baxmayaraq qrup qərargahın ərazisini almanlardan təmizləyə bilib. Alman dilində mükəmməl danışan Həmzə Sadıqov Rodenburqa müqavimət göstərmədən təslim olmağı bildirib. Vəziyyətin çıxılmaz olduğunu anlayan general Həmzə Sadıqovun əmr-təklifinə razılıq verib. Sadıqov ikinci mərtəbəyə qalxıb generalı qandallamaq istəyəndə o, tabel silahından bir neçə dəfə atəş açaraq Sadıqovu yaralayıb. Aldığı yaralara baxmayaraq Həmzə Sadıqov mübarizəsini davam etdirib və Rodenburqun qollarını bağlayaraq kəşfiyyat qrupuna təhvil verib. Özünü isə dərhal qospitala çatdırıblar.

Rodenburqun əsir götürülməsi dəqiqələr ərzində Hitlerə çatdırılıb. Amma məlumatda bir yanlışlığa yol verilib. Fürerə məruzə ediblər ki, Rodenburq hərbi əməliyyatlar zamanı həlak olub. Hitler bu informasiyadan sonra rəsmi matəm elan edilməsi haqqında Göbbelsə tapşırıq verib. Lakin bir neçə saatdan sonra məlum olub ki, Rodenburq sağdır və əsirlikdədir.

Rodenburqun əsir götürülməsi ilə bağlı Stalinə də məruzə edilib və bu xəbər müharibə ərəfəsində Stalin üçün ən sevindirici xəbərlərdən biri olub. Dövlət Müdafiə Komitəsinin növbəti iclasında Rodenburqun əsir götürülməsi haqqında söhbət gedəndə Anastas Mikoyan xislətinə uyğun olaraq yaltaq təbəssüm və saxta qüruru ilə bildirib ki, alman generalını erməni könüllüləri əsir götürüb.

Bu məsələ Kremldə mübahisə və müzakirələrə səbəb olub. Mikoyan bütün variantlardan istifadə edərək Rodenburqun əsir götürülməsini ermənilərin ayağına yazmaq istəyib. Amma necə? Əsir götürən zabitin və kəşfiyyat qrupunun digər üzvlərinin sağ qaldıqları halda bu cür iddia ilə necə çıxış etmək olar?

Hiyləgər Mikoyan bunun da yolunu tapıb. Qeyd edək ki, müharibə dövründə Mikoyanın Stalinqradla sıx əlaqələri olub. Belə ki, Stalinqradın təchizat və təminat məsələlərinə birbaşa Mikoyan cavabdehlik daşıyıb. O, dərhal Rodenburqun əsir götürülməsində içtirak edən kəşfiyyat qrupunun üzvlərini ayrı-ayrı hərbi dairələrə ezam etdirib. Həmzə Sadıqov isə hərbi qospitaldan “NKVD”-nin qospitalına köçürülüb. Mikoyanın təsiri altında əməliyyatla bağlı Sadıqov “NKVD” əməkdaşları tərəfindən sorğu suala tutulub. Bu cür sorğu suallar sonda ona içgəncə

verməklə yekunlaşıb. Sadıqova məcbur etmək istəyiblər ki, Rodenburqun əsir götürülməsində iştirakı olmadığı ilə bağlı sənədlərə imza atsın. Həmzə Sadıqov bundan imtina edib.

Qospitalda çalışan yəhudi əsilli həkimlərdən biri Həmzə Sadıqova qarşı edilən bu haqsızlıqları görərək Stalinə Sadıqovun anasının adından məktub göndərib. Bu məktub Kremldə Mikoyanın adamlarının sayəsində öz ünvanına, Stalinə çatdırılmayıb.

Məsələdən xəbər tutan Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırov baş verənlərə aydınlıq gətirmək üçün Stalinqrada yollanıb. İki günlük araşdırmalardan sonra həkimlər məsələyə son qoyublar. Həmzə Sadıqovun bədənindən çıxarılan qəlpə Rodenburqun şəxsi tabel silahının gülləsi olduğu sübut edilib. Bu sübutdan sonra Bağırov Beriya ilə əlaqə yaradaraq hadisələri təfsilatı ilə ona məruzə edib. Beriya da öz növbəsində Stalinin qarşısında bütün sübut və dəlillərlə alman generalını əsir götürən şəxsin Həmzə Sadıqov olduğunu sübuta yetirib.

Bağırov həmçinin Həmzə Sadıqovun Sovet ittifaqı Qəhrəmanı adı ilə təltif olunması məsələsini də qaldırıb və bununla bağlı müsbət vacab alıb. Stalinqrad cəbhə komandanlığından Moskvaya Həmzə Sadıqovun təltif olunması haqqında təqdimat göndərilib. Bu təqdimat da Mikoyanın “sayəsində” öz lazımi ünvanı çatmayıb.

Yüzlərlə yəhudi ailəsi Həmzə Sadıqova təşəkkür məktubları ünvanlayıblar. Yəhudilərin cəlladı olan Rodenburqu zərəsizləşdirdiyinə görə ona minnətdarlıqlarını bildiriblər.

SSRİ-nin tanınmış hərbçiləri də Sadıqovun xidmətlərini yüksək qiymətləndiriblər.

Qafqazlıları sevməməyi ilə tanınan, ordu generalı Sergey Ştemenko öz xatirələrində Həmzə Sadıqov haqqında yüksək fikirlər söyləməkdə “xəsislik” etməyib və o, fikirlərini belə bölüşüb: “O, çox igid və cəsarətli idi. Yəhudi ailələrini, onların övladlarını ölümdən xilas edən Sadıqov qeyri-adi şəxs idi. Amma təəssüf ki, onun şərəfinə imzalanmış qəhrəmanlıq təqdimatları məlum olmayan səbəblərə görə öz həllini tapmayıb...”

Milliyətcə yəhudi olan, müharibə dövründə “SMERŞ”-də xidmət edən polkovnik Abram Ratner Həmzə Sadıqovu xilaskar adlandırıb: “Həmzə Sadıqov Stalinqradda yəhudi ailələrinin xilaskarı olub. O, çox qorxmaz bir zabit idi. Mən heç vaxt onun xidmətlərini unutmayacağam, Həmzə Sadıqov mənim yaddaşımda xilaskar kimi qalacaq...”

Həmzə Sadıqovun qıhrəmanlığını ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işləyərkən Volqoqrada səfəri zamanı şəhər sakinlərinə belə xatırladıb: “Siz Həmzə Sadıqovu tanıyırsınızmı? O, Stalinqrad uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib, faşist Almaniyasının ən cəllad generalını, İohan Karl Rodenburqu şəxsən özü əsir götürüb, həmin əməliyyat zamanı yaralanıb və sonralar aldığı yaralardan həyatını itirib. Polkovnik Həmzə Sadıqov haqqında hansısa bir məlumatınız varmı? Biz öz qəhrəmanlarımızı unutmamalıyıq. Mənim tarixçilərlə söhbətlərim olub və onlara bildirmişəm ki, Həmzə Sadıqovun xidmətlərini geniş araşdırıb ictimaiyyətə təqdim etsinlər...”

Həmzə Sadıqovun müharibədə göstərdiyi qəhrəmanlıqlar xüsici kütləvi informasiya vasitələrində də işıqlandırılıb.

ABŞ, Avstaraliya, Rusiya, İsrail və s. ölkələrin mətbuatında azərbaycanlı qəhrəmanın faşistlərə qarşı apardığı mübarizə haqqında məqalələr dərc olunub.

Əslən Bakıdan olan, hazırda İsraildə yaşayan tanınmış siyasi icmalçı, jurnalist Arye Qut Həmzə Sadıqovun tanınmasında, təbliğ olunmasında xüsusi fəallıq göstərib. Ümumiyyətlə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında xidmətləri olan Arye Qut həm də Həmzə Sadıqov haqqında rus dilində yazılmış “Yəhudi uşaqlarını xilas edən azərbaycanlı kəşfiyyatçı” kitabını müəlliflərindən biridir.

Bu gün İsraildə sözləri Vahid Əzizə, musiqisi yəhudi bəstəkar Salman Rabayevə məxsus olan “İgid Həmzə” mahnısı səsləndiriləndə yəhudilər xilaskar Həmzə Sadıqovu böyük ehtiramla yad edirlər.

Müharibə başa çatdıqdan sonra Həmzə Sadıqov Leninqradda ikinci hərbi təhsilini alıb. Ancaq Rodenburqu əsir götüründə aldığı güllə yaralarının fəsadları onun xidmətini yarımçıq qoyub. Polkovnik rütbəsinə qədər yüksələn Həmzə Sadıqov doğma yurduna, Ağdama qayıdıb. 1964-cü ildə, 49 yaşında vəfat edib.

Erməni vandalları Həmzə Sadıqovun Ağdam qəbirstanlığındakı məzarını da dağıdıblar. Sözsüz ki, o məzarlıqda çox yaxın zamanlarda bərpa işləri aparılacaq. Bəlkə də faşist xislətli ermənilərin Qarabağda ucaltdıqları Nijde Qareginin yerinə faşitlərə qan udduran Həmzə Sadıqovun abidəsi ucalacaq.

İlham Cəmiloğlu,

Musavat.com

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR