İNAM KƏRİMOV DAHA BİR DİREKTORU VƏZİFƏDƏN ÇIXARDI - Yeni təyinatlar + FOTO

img

26-04-2021 [11:27]


Kənd Təsərrüfatı Nazirliyində (KTN) yeni təyinat olub. 

Mia.az ın əldə etdiyi məlumata görə, nazir İnam Kərimovun əmri ilə “Azəraqrar" Dövlət İstehsalat və Emal Birliyinin direktor Anar Hüseynov vəzifədən azad olunub.

Məlumata görə, o, nazirlikdə  Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə müdiri təyin olunub.

Bildirlib ki, əmr təxminən 15 gün əvvəl olub, təhvil-təslim işləri isə bu günlərdə yekunlaşıb.

Anar Hüseynov

İnam Kərimovun digər əmri ilə Anar Hüseynovdan boşalan vəzifəyə KTN-nin Daxili Nəzarət və Audit Şöbəsinin müdir müavini Fəda Abbasov təyinat alıb.

Qeyd edək ki, F.Abbasov vaxtı ilə "ASAN-Xidmət"in "Səyyar qrup"una rəhbərlik edib. Bəzi iddialara görə, o, nazir İnam Kərimovun qohumdur.

Məlumat üçün onu da qeyd edək ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Nazirlər Kabinetinin 26 sentyabr 2018-ci il tarixli qərarı ilə yaradılıb. Həmin vaxtı bu qurumun tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 26 MMC verilib.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR