Rəmişin ölüm səbəbi açıqlanıb

img

06-04-2021 [12:25]


Ötən gün vəfat edən tanınmış musiqiçi, Xalq artisti Rafiq Hüseynov (Rəmiş) ölüm səbəbi açıqlanıb.

Səhiyyə Nazirliyinə verdiyi məlumata görə, qaraciyər və ağciyərlərinin xroniki xəstəliklərindən əziyyət çəkən xalq artisti koronavirusdan dünyasını dəyişib.

Xatırladaq ki, 77 yaşlı Rəmiş aprelin 5-də müalicə aldığı Bakı Sağlamlıq Mərkəzində dünyasını dəyişib.

Rəmiş yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya gətirilmişdi. O, qaraciyər çatışmazlığından əziyyət çəkirdi.

Onu da qeyd edək ki, Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş)  dəfn edilib.

O, Qaradağ rayonu "Qurd Qapısı" qəbiristanlığında  torpağa tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR