Sabirabadda dəhşətli intihar: 71 yaşlı kişi boynuna ağır dəmir parçası bağlayaraq özünü körpüdən Kür çayına atıb - FOTO

img

05-04-2021 [17:11]


Bu gün səhər saatlarında Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Mia.az xəbər verir ki, rayonun Əsədli kənd sakini, 1950-ci ildə anadan olmuş Abbasov İsfəndiyar Əli oğlu özünü Sabirabad şəhərininin çıxışında yerləşən Kür çayı üzərindəki “Cavad körpüsü”ndən suya ataraq intihar edib.

Qeyd edək ki, İ.Abbasovun oğlu Ziya bir ildən artıqdır ki, itkindir. O, intiharın elə məhz oğlunun ayrılığına dözə bilmədiyi üçün etdiyini hadisə yerində saxladığı Merdese-C markalı maşınndan tapılmış məktubunda yazıb.

Məktubda həmçinin bildirib ki, özünü boynuna ağır dəmir parçası başlayaraq Kürə atdığı üçün cəsədini də elə həmin yerdə axtarmalarını istəyib.Artıq oğlunun yoxluğuna dözə bilmədiyini də məktubda yazıb.

Hazırda FHN-nin əmkdaşları tərəfindən Kürdə batmış İsfəndiyar Abbasovun cəsədinin axtarışları aparılır. \

Onu da qeyd edək ki, dünən də həmin “Cavad körpüsü”ndə intihara cəhd olsa da, baş tutmayıb. Həmin körpüdən intihara cəhd məqsədi ilə özünü çaya atan orta yaşlı kişi yoldan keçən sakinlər tərəfindən sudan çıxarılaraq xilas edilib.

***

Bu dəqiqələrdə aldığımız məlumata görə, intihar edən İsfəndiyar Abbasovun belinə traktor hissəsi bağlanmış cəsədi.Kürə düşdüyü yerdən yerdən 50 metr aralıda FHN-nin dalğıc-xilasediciləri təfərindən tapılaraq aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib..

Emil Məmmədov,

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR