Bu universitetlərdə nöqsanlar aşkarlanıb - SİYAHI

img

05-04-2021 [12:07]


Hesablama Palatası ötən il üzrə ali təhsil müəssisələrində aparılan kənar dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb.

“Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabat sənədinə əsasən, ali məktəblər arasında ən çox nöqsan Azərbaycan Tibb Universitetində ( 21 nöqsan) qeydə alınıb.

Sənəddə bildirilib ki, sonrakı yerdə Bakı Dövlət Universiteti (11 nöqsan) və Azərbaycan Dövlət İqtisad Universiteti (8 nöqsan) qərarlaşıb.

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR