Rus kanalında Şuşaya atılan “İskəndər” raketləri sual-cavaba səbəb oldu: "Lavrova da bu dəlillər təqdim olunub, ancaq o, cavab verə bilməyib"
04-04-2021 [18:07]
Şuşaya atılan “İskəndər” raketləri “Exo Moskva” radiostansiyasının “Budem nablyudat” (“Müşahidə edəcəyik”) proqramında aparıcı Sergey Buntmanla baş redaktor Aleksey Venediktovun söhbətində müzakirə olunub.
Mia.az Virtualaz.org-a istinadla söhbətin həmin hissəsini təqdim edir:
S.Buntman: İndi mən haradan uçub gəldiyi məlum olmayan “İskəndər”lərlə məşğul olmaq istərdim.
A.Venediktov: Bəli, bu dolaşıq əhvalatdır.
S.Buntman: Bəli.
A.Venediktov: Baxın, doğrudan da minaların təmizlənməsi üzrə agentlik işləyir, həmişə olduğu kimi, münaqişələrdən sonra, təbii olaraq. Və iki “İsgəndər” operativ-taktiki raketlərinin qalıqları aşkarlanır. Və orada tanınma nişanı saxlanılır. Və o ilk növbədə prezident Əliyevə təqdim edilir, sonra qalanlara. Və Əliyev, mən başa düşdüyüm qədər, bu məsələ ilə bağlı Putinə zəng vurur. Nəyə görə Paşinyana deyil, Putinə? Birincisi, mən yada salıram ki, Paşinyan “İsgəndər”lərin atıldığını deyəndə onu fitə basdılar, gülüş hədəfinə çevirdilər, xüsusən bizim, Rusiyanın Müdafiə Nazirliyi. Və Putin dedi, və Peskov onu təkrarladı: “İsgəndər”lər tətbiq olunmayıb.
Problem bax bundadır. Həmin “İskəndər”lərdə saxlanılmış “markirovka” göstərir ki, bu ixrac variantı deyil, bu həmin variant deyil ki, Ermənistana satılmışdı və nəticədə orada olmalı deyildi. 9M723 müstəsna olaraq Rusiya Silahlı Qüvvələrinin silahlanmasında olan raketlərin tanınma nişanıdır.
Və bu sırağagün olub, deyəsən həftənin cümə günü, Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlərin keçirildiyi bir vaxtda. MDB xarici işlər nazirləri Şurasının iclası gedir. Və orada Lavrova da bu dəlillər təqdim olunub. Mən başa düşdüyüm qədər o, heç bir cavab verə bilməyib. Və mənim başa düşdüyüm qədər Putin məsələni araşdırmağı tapşırıb, çünki belə hal olmalı deyildi. “İskəndər”lərin buraxılması peykdən izlənir. Gümrü bazasından da heç nə uçmayıb. Ən azından bunu təkcə bizim peyklərimiz göstərmir, başqaları da çəkir.
Pardon, o zaman 9M723 nişanlı “İskəndər”lər ora (Şuşaya) necə uçub gedib – üstəlik partlamayıb? Bu böyük sualdır. Doğrudur, indi nə istəsən fikirləşib tapmaq olar. Lakin Gümrüdən uçmayıb. “Markirovka” aydın deyil. Ümumən hələ ki, bizim diplomatların reaksiyası belədir: “Bu nə işdir belə?” Və mənim də reaksiyam belədir. Hesab edirəm ki, bu suala hər halda kimsə cavab verməlidir: hərbçilər Putin qarşısında, Putin Əliyev qarşısında. Çünki bu ciddi əhvalatdır.
Bilirsən, Seryoja, bu kimyəvi silah kimidir. Yəni sizin ixrac üçün nəzərdə tutulmamış “İskəndər”ləriniz orada dolaşır, yəni ancaq Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alan raketlər. Belə ağrılı əhvalatdır.
S.Buntman: Bu, çox ciddi əhvalatdır.
A.Venediktov: Doğrudan da cavab yoxdur.
S.Buntman: Bəli, bu “İskəndər”lər aydın deyil. Onları “quşatandan” buraxa bilməzsən ki, hətta səndə sadəcə olaraq raketlər varsa.
A.Venediktov: Bu, “Buk” (Ukraynada sərnişin təyyarəsinin “Buk”la vurulması zamanı bu zenit-raket kompleksinin buraxılmasına rus əsgərlərinin məsul olması haqda müzakirə nəzərdə tutulur – red.) kimidir.
S.Buntman: Bəli, elədir.
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb