Ermənistanın beynəlxalq cinayətləri barədə hesabat hazırlanıb
04-04-2021 [17:49]
Yerli və xarici qeyri-hökumət təşkilatlarının (QHT) Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycana qarşı törətdiyi beynəlxalq cinayətlərdən bəhs edən geniş hesabatı hazırlanıb.
Hesabatda Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycana qarşı törətdiyi beynəlxalq cinayətlərdən bəhs edən 9 yerli və üç xarici təşkilatın hazırladığı on iki məruzə yer alıb.
Hesabata daxil edilən məlumatlarda Ermənistanın müharibə zamanı beynəlxalq konvensiyalarla mülki əhaliyə və yaşayış məntəqələrinə qarşı istifadəsi qadağan olunmuş silah-sursatlardan istifadə etməsindən bəhs olunur. Hesabatda vurğulanır ki, Ermənistanın istifadə etdiyi bu silah-sursatlar Azərbaycanın münaqişə zonasından uzaq ərazilərdə, şəhər və kəndlərdə yaşayan dinc sakinlərin ölümünə səbəb olub. Ermənilər hərbi əməliyyatlar zamanı terrorçuları və muzdluları, həmçinin uşaqları bu vəhşiliklərə cəlb ediblər. Hesabatda bildirilir ki, Ermənistan bu faktları gizlətməklə dünya mediasında söz azadlığına böyük zərbə vurub. QHT-lərin hesabatlarında, həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində ermənilərin tarixi, mədəni və dini abidələri dağıtması, meşələri məhv etməsi, mineral ehtiyatları mənimsəməsi, həmçinin su mənbələrinə məqsədli müdaxilə və digər faktlar əksini tapıb.
Hesabatda Beynəlxalq Avrasiya Mətbuat Fondunun “İkinci Qarabağ müharibəsinin başlanması səbəbləri, yaratdığı fəsadlar və törədilən cinayətlərə dair” məruzəsi də yer alıb. Məruzədə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətlərin, vurulan ziyan haqqında müşahidələrin, müxtəlif rəylərin və mövcud vəziyyətin dəyərləndirilməsi əks etdirilib. BAMF-ın hesabatı Fondun müşahidə missiyasının üzvləri - BAMF-ın prezidenti Umud Mirzәyev, vitse-prezident Ramil Әzizov, təşkilatın Amerika təmsilçisi, beynəlxalq münasibətlər üzrə ekspert Peter Teys, qurumun BMT-nin Cenevrə ofisində, BMT İnsan Haqqları üzrə Komitəsində daimi nümayəndəsi, hüquq elmləri üzrə professor Osman Әl Hac tərəfindən hazırlanıb.
Hesabatda, həmçinin Müvəkkil Hüquq Mərkəzi və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının hazırladığı “Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş silahlardan istifadəyə dair” məruzə də yer alıb. Bu məruzədə Ermənistan silahlı qüvvələrinin Qarabağdan uzaqda yerləşən şəhərləri məqsədli şəkildə bombalamaqla dinc əhaliyə qarşı törətdiyi terror aktlarından, bu ölkənin hərbi-siyasi rəhbərliyinin beynəlxalq humanitar hüququn normalarını, xüsusilə “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasını, BMT-nin Uşaq Hüquqları Konvensiyasını, habelə insan hüquqlarına dair digər beynəlxalq sənədlərini kobudcasına pozmaqla öz təcavüzkar siyasətindən əl çəkməməsindən bəhs olunur.
“Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyinin “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində qadınların və uşaqların qəsdən öldürülməsi və onların hüquqlarının kobudcasına pozulması” adlı məruzəsi də hesabata daxil edilib. Məruzədə həyatını itirənlərin bir çoxunun qadınlar və uşaqlar olması, ümumilikdə sentyabr-oktyabr aylarında Azərbaycan ərazilərinə endirilən raket zərbələri nəticəsində mülki əhalinin - uşaqların, qadınların, ahılların, əlilliyi olan şəxslərin hərbi münaqişələr zamanı insan hüquqlarının qorunmasına dair beynəlxalq sənədlərin, o cümlədən BMT-nin “Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannaməsi”nin, “Uşaq hüquqları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” konvensiyalarının, habelə 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların əlavə protokollarının müddəalarının ciddi şəkildə pozulduğu qeyd edilir.
Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Vətən müharibəsi dövründə dinc əhalinin hədəfə alınması ilə bağlı məruzəsində ölkəmizin cəbhə bölgəsindən uzaqda yerləşən şəhər və kəndlərin Ermənistan tərəfindən raket atəşinə tutulması, mülki şəxslərə dəyən zərər, həyatını itirən insanlar barədə məlumatlar əksini tapıb.
Hesabatda Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin Ermənistan və erməni lobbisinin söz azadlığını boğmaq məqsədilə Ermənistan-Azərbaycan münaqişəsini obyektiv işıqlandıran beynəlxalq media orqanlarına və jurnalistlərə qarşı təhdid və təzyiqləri haqqında məruzəsi də yer alıb.
“Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin Azərbaycanın dini, tarixi və mədəni abidələrinin Ermənistan tərəfindən dağıdılması və təhqir olunması faktlarına dair məruzəsi də hesabatda dərc edilib. Məruzədə qeyd olunub: “Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü nəticəsində işğal altına düşmüş ərazilərimizdə 2645 tarixi mədəniyyət və 1814 memarlıq abidəsi, 747 arxeoloji abidə, 64 bağ-park monumental və xatirə kompleksi, 23 muzey, 102 min 757 muzey eksponatı, 4 dövlət rəsm qalereyası, 376 rəsm əsəri məhv edilib. Bununla yanaşı, ermənilər 4,6 milyon kitabı, 13 arxivi, 260 min arxiv sənədini məhv ediblər. Onlar, həmçinin 50 mindən çox vətəndaşın şəxsi kolleksiyalarına aid tarixi əhəmiyyətli ov və məişət əşyalarını, o cümlədən xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər və digər əşyaları mənimsəyiblər".
Ermənistanın Azərbaycan ərazilərində törətdiyi ekoloji terror və beynəlxalq neft-qaz xətlərinin qəsdən hədəfə alınması haqqında Qafqaz Regional Ekoloji Mərkəzinin və Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının məruzələrində Ermənistanın həyata keçirdiyi təcavüz siyasəti nəticəsində işğal olunmuş ərazilərdə Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə və bütövlükdə regionun ekoloji durumuna dəyən ziyan, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlarla bağlı məlumatlar əksini tapıb.
Beynəlxalq İnsan Hüquqları Standartlarının Tətbiqi üzrə İşçi Qrup İctimai Birliyinin hazırladığı məruzədə Ermənistanın Azərbaycana qarşı döyüşlərdə muzdlulardan və xarici terrorçulardan istifadə etməsi barədə məlumat əksini tapıb.
Hesabatda Fransada fəaliyyət göstərən COJEP beynəlxalq təşkilatının Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını qətlə yetirməsi ilə bağlı məruzəsi də dərc edilib. Digər xarici qeyri-hökumət təşkilatları tərəfindən hazırlanan məruzələrdə bildirilir ki, Ermənistanın Azərbaycanın sıx məskunlaşmış ərazilərinə raket zərbələri nəticəsində xəstəxana və yaşayış evləri daxil olmaqla, mülki infrastruktura ciddi ziyan dəyib. Həmçinin raket hücumları zamanı kasetli bombalardan istifadə olunmasının ağır nəticələrindən bəhs edilir.
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib
"Heç kimin bostanına daş atmamışam" - Aparıcı Vüsalə Əlizadə verilişinin bağlanmasına reaksiya
Türkiyə ordusunda FETÖ-yə qarşı əməliyyat: 22 nəfər saxlanılıb
Naxçıvanda mediaya nəzarət aparat rəhbərinə tapşırılıb: "Ora ilə bağlı hər hansı bir sual olmamalıdır”
"TikTokda" paylaşımlar edən daha bir nəfər həbs olunub
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİR)
Azərbaycan nefti 7 dollar qalxdı - Neftimiz 80 dollara satılır
İsrail Ordusu Beyrutda telekanal binasını vurub
İrandan Hörmüzlə bağlı xəbərdarlıq: "Boğazdan keçməyə can atan gəmilər və neft kəmərləri məhv ediləcək"
ABŞ hərbçiləri Pakistanda etirazçıları atəşə tutub
SEPAH: "Bəhreyn, BƏƏ və Küveyti deyil, oradakı ABŞ bazalarını vururuq" - ABŞ bazalarındna biri tam məhv edilib?
Ayətullah Ərəfi: "Yeni dini lider seçilənə qədər..."
İran Qətərə yenə zərbə endirib - Dohada güclü partlayışlar olub
RUSİYANIN SABİQ PREZİDENTİ AVROPANI TƏHQİR ETDİ, 3-CÜ DÜNYA SAVAŞI MESAJI VERDİ "Əgər Tramp belə davam etsə..."
Misirdən İrana çağırış: "Ərəb ölkələrinə hücumları dayandırın!"
"MƏNİ SORĞU VƏ SEÇKİ MARAQLANDIRMIR" - Trampdan İrana hücumla bağlı yeni açıqlamalar
Pezeşkiandan ABŞ və İsrailə mesaj: "İran səssiz qalmayacaq və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclasları keçiriləcək
Ərdoğan İrana hücumdan danışdı: "Biz qan tökülməsinin, göz yaşlarının dayanmasını və..."
Ramazanın 13-ci gününün duası: imsak və iftar vaxtı
İranın nüvə obyektləri bombalanıb
Dövlət Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - Qərar
Xadimələr belə, ixtisara salınır, ancaq şirkət prezidenti və... - Komitə sədri SOCAR-dakı "baş-ayaq" kadr siyasətindən elə faktları sadaladı ki...
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
"QatarEnergy" LNG istehsalını dayandırdı
ABŞ İran hücumlarında 4 hərbçini itirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah 2026-cı ilin ilk Ay tutulması olacaq
İlham Əliyev Rusiya rəsmisini qəbul etdi - MÜZAKİRƏ + FOTOLAR
Ceyhun Səfərə "BakuBus”da vəzifə verilib
"Azəriqaz”ın 5 milyon manatdan artıq borcu var
Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb - Detallar
Azərbaycan və Bəhreyn XİN başçıları müzakirə aparıblar - Açıqlaça
Tehrana ağır zərbələr endirilir
Ağdərədə istismar müddəti bitmiş döyüş sursatları məhv ediləcək
Hakan Fidanla Ceyhun Bayramov telefonda danışdı