"DÖVLƏT UŞAĞA GÖRƏ HEÇ KƏSƏ MADDİ YARDIM VERMƏMƏLİDİR" - Partiya sədrindən qalmaqal yaradan açıqlamalar

img

02-04-2021 [19:12]


"Uşaqpulu” mövzusu ilə xalqı aldadıb-alçaldan yaramazların hər birinin cavabını artıqlaması ilə verəcəyik. Onlardan heç biri hələ indiyədək bu debilləşdirici şüarın büdcəyə və iqtisadiyyata neçəyə başa gələcyini konkret rəqəmlə ifadə etməyib".

Mia.az xəbər verir ki, bu sözləri Real partiyasının sədri İlqar Məmmədov deyib.

O bildirib ki, bizim, yəni partiyanın mövqeyi belədir: "Sadəcə “uşağım var, dövlət mənə pul versin” təsəvvürünü insanlarda yetişdirənlər ya nə danışdıqlarını heç anlamırlar, ya da xalqa vicdanlı xidmət hissini tam itirmişdirlər.

Nəsilvermə əmsalı Azərbaycanda ancaq son 4-5 ildir ki, artım üçün tələb olunan 2.1`dən aşağı düşmüşdür. Bunun mürəkkəb səbəblər çeşidi var, o cümlədən keçmiş müharibələrin irsi olan demoqrafik dalğalar, şəhərləşmə, iqtisadi təsəvvürlərin dəyişməsi və s.

Əmsalın daha aşağı düşməsinin qarşısını almaqdan ötrü bir çox tədbirlər görülməlidir və bu tədbirlər arasında əlbəttə doğumun iqtisadi stimullaşdırılması tədbirləri də var.

Birinci uşağa görə dövlət heç kəsə maddi yardım verməməlidir. Birinci uşaq ailələrin tam şəkildə öz məsuliyyəti, seçimi və planı olmalıdır.

İkinci uşağın doğulması və müəyyən yaşa çatması üçün isə dövlət tərəddüd edən ehtiyaclı valideyinlərə öz dəstəyini təklif etməlidir. Yardım məbləği qəpik-quruş yox, əhəmiyyətli olmalıdır. Amma bu vəsaitin valideyinlər tərəfindən məhz uşaqların qida, təhsil, geyim və müalicəsinə xərcləməsi üzərində dövlət ciddi nəzarət qurmalıdır.

Üçüncü və sonrakı uşaqlar yenə də valideyinlərin öz məsuliyyətli seçimi və planı olmalıdır. Bu məsuliyyətli seçimi etməkdə dövlətin ümumi iqtisadi siyasəti valideyinləri inandırmaqla yardımçı olmalıdır. İş yerlərinin yaranması üçün iqtisadiyyat sərmayələrə açılmalıdır. Bu isə daha geniş, əhatəli siyasətin tərkib hissəsidir – hüquq aliliyi, korrupsiyanın cilovlanması, demokratik siyasi təmsilçilik və s".

İlqar Məmmədovun sözlərinə görə, son 18 ildə Azərbaycanda 900 mindən çox ikinci uşaq doğulub:

""REAL"ın təklif etdiyi maddi dəstək nəticəsində qarşıdakı illərdə bu rəqəm 1 milyona çatsa və hər ikinci uşağa görə ailəyə ayda 100 manat dövlət yardımı olsa, bu büdcəyə ildə yuxarı-aşağı 1 milyard manata başa gələcək. Uşaqlara hazırda ayrılan digər sosial yardım proqramlarının qismən yenidən proqramlaşdırılması nəticəsində, biz bu məbləğin bir hissəsini indiki büdcədə də tapa bilərik.

Dövlətin ümumi iqtisadi siyasəti dəyişdikcə büdcəyə əlavə vəsait cəlb edə biləcəyik və nəticədə dəstək məbləğini artıra, hətta dəstək proqramını üçüncü uşaqlara da tətbiq edə bilərik.

Bunu korrupsiya, qanunsuzluq, səmərəsiz idarəetmə içində batan YAP hakimiyyəti yox, Respublikaçı Alternativ edəcək".

Qeyd edək ki, partiya sədrinin bu açıqlamaları sosial şəbəkədə böyük rezonans doğurub. Hətta belə açıqlamaya görə partiya sədrinə sərt etiaz edənlər var.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR