Qars müqaviləsindən Zəngəzur dəhlizinə aparan Böyük Türk qapısı - NAXÇIVAN
02-04-2021 [13:22]
Cənubi Qafqaz Avropa və Asiya arasında mühüm mövqedə yerləşməklə əsrlər boyu Qərb və Şərq güclərinin maraq dairəsində olub.
XX əsrin əvvəlində baş verən mühüm hadisələr, bu bölgədə müstəqil dövlətlərin yaranması və onların gələcək statusunun müəyyənləşdirilməsi böyük dövlətləri də ciddi şəikldə maraqlandıran məsələlərdən idi. Burada hər kəsin bir-birinə güzəştə getməmək şərti ilə daha çox nüfuz dairəsinə malik olması, gələcək planlarını reallaşdırmaq üçün daha çox strateji əraziləri mənimsəmək kimi planları vardı. Belə taleyüklü məsələlərdən biri də indi öz əhəmiyyətini hər zamankından daha artıq şəkildə göstərən, bir zamanlar əlçatmaz xəyal kimi görünən, amma Azərbaycanın işğalçı Ermənistan üzərində şanli Qələbəsi ilə gündəmə gələn Türk Birliyi layihəsinə ən böyük töhfə vermiş Qars müqaviləsi idi.
Böyük dağıdıcı proseslərin getdiyi, milyonlarla insanın məhv edildiyi Birinci Dünya Müharibəsindən sonra Cənubi Qafqazda da mürəkkəb vəziyyət yaranmışdı. Böyük dövlətlərin zəifləməsindən istifadə edən bəzi qüvvələr, xüsusən azğınlaşmış silahlı erməni qrupları hər yerdə üsyanlar qaldırmaq, yeni yaranmış dövlətləin hökumətlərinə itaətsizlik etməklə xaos və qarışıqlıq törətməklə defakto olaraq əzici güclərin də dəyirmanına su tökürdulər. Təkcə Azərbaycana qarşı deyil, eləcə də Türkiyə və Gürcüstana qarşı əssasısz ərazi iddiaları qaldıran ermənilər 1918-1920-ci illərdə silahlı basqınlar, dinc əhaliyə qarşı amansız hücumlar edərək minlərlə insanı qətl etsələr də öz əsl məqsədlərinə çata bilmədilər. Bu baxımdan, hətta o dövrün qalib ölkələri olan İngiltərə və ABŞ kimi güc mərkəzlərində Naxçıvanın Ermənistana verilməsi planları cızılsa da, qarşı cəbhədə baş verən proseslər və ən vacibi Naxçıvan əhalsinin cəsarətli müqaviməti bütün bu məkrli planları alt-üst etdi. Çar Rusiyasının Cənubi Qafqazda oyuncaq bir erməni dövləti yaratmaq planlarının bolşevik Rusiyası tərəfindən həyata keçirilməsi son nəticədə elə onların özünün də işinə yarayırdı. Tarixən ermənilərin satqın xislətinə bələd olan bütün böyük dövlətlər onların vasitəsilə bu coğrafiyada möhkənməlnmək üçün özlərinə yalaqlıq edən bu insanlara da qahmar çıxırdılar. Hətta Rusiyadakı bolşevik hakimiyyəti prinsipdə onlara düşmən olan erməni daşnakları ilə bu məsələdə bir mövqedən çıxış edirdilər: tarixi Azərbaycan torpaqları olan Zəngəzur kimi Naxçıvan da nəyin bahasına olursa olsun Ermənistana qatmaq!
O dövrdə, yəni 1920-ci illərin sonlarında Rusların növbəti qızışdırmasından quduzlaşan ermənilərə layiqli cavab verən Türk Ordusundan aman diləyən daşnaklar Cümrü muqaviləsi ilə Naxçıvana olan iddalarından əl çəkməyə məcbur edildilər. Bununla belə, Ermənistanın bolşevik Rusiyası tərəfindən işğal edilməsi də onları bu məkrli planlarından çəkindirmədi. O dövrdə Naxçıvanın görkəmli ictimai-siyasi xadimi Behbud ağa Şahtaxtınski tərəfindən 1921-ci ilin yanvarında keçirilmiş referendumda yerli əhalinin 94 faizinin Naxçıvanın Azərbaycanın tərkibində qalmaq istəyi erməni iddialarına ən şiddətli zərbəni vurdu. Əhalsinin böyük əksəriyyəti müsəlman olan Naxçıvanın gələcək taleyini həll etmiş bu qərar o zamankı Rusiya rəhbərliyini də onunla hesablaşmağa məcbur edirdi. Bu daha sonrakı proseslərdə, 1921-ci ildə Naxçıvanın statusu ilə bağlı Türkiyə və Rusiya dövlətləri arasında əvvəlcə Moskvada sonra da Qarsda keçirilmiş gərgin danışıqlarda bir daha özünü göstərirdi. Naxçıvan məsələsini gələcəyin Türk qapısı kimi görən Türkiyə rəhbərliyi nəyin bahasına olursa olsun Naxçıvanı güzəştə getməyəcəyini qarşıya məqsəd qoymuşdu. Danışıqlar prosesində Naxçıvanın Azərbaycanın tərkibində muxariyyət statusu qazanmasında Nəriman Nərimanov və Behbud ağa Şahtaxtınskinin əvəzsiz xidmətləri öz bəhrəsini vermiş və 1921-ci ilin oktyabrında bağlanmış Qars müqaviləsinin müvafiq bəndlərində göstərildiyi kimi Naxçıvan muxtar diyar kimi
Azərbaycanın tərkibində qalmış, Türkiyə və Rusiya kimi Ermənistan da bu tarixi sənədə imza atmışdır.
Çox böyük strateji əhəmiyyəti olan bu tarixi sənəd sonrakı dövrlərdə ermənilərin bitməyən torpaq həvəsini həmişə gözündə qoymuş, keçən yüz il içərisində dəfələrlə ara qarışdırıb baş qaldırdıqları zaman qarşılarına qoyulmuşdur. Ermənilər ən son XX əsrin sonlarında Qarabağda başlatdıqları növbəti fitnəkarlıqları zamanı da Naxçıvana olan əsassız iddialarını yenidən hay-küylə qaldırmış, amma o zaman Naxçıvanda fəaliyyət göstərən xalqımızın böyük oğlu Heydər Əliyevin qətiyyəti və qardaş ölkə Türkiyə ilə yaratdığı çox sıx əlaqələr nəticəsində bu dəfə də susmağa məcbur olunmuşdular.
Bu il Naxçıvanın Azərbaycan Respublikası tərkibində muxtariyyət statusuna beynəlxalq səviyyədə qarantiya verən Qars müqaviləsinin 100 illiyi tamam olur. Bununla bağlı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamı və həmin sərəncama əsasən Tədbirlər Planının təsdiq olunması bu taleyüklü müqavilənin böyük əhəmiyyətini ortaya qoymuşdur. Doğurdan da ötən yüz ilin təcrübəsi göstərdi ki, hələ o dövrlər XXI əsrin Türk Dünyası əsri olacağını öncədən görə bilən, bunun üçün hər cür fədakarlığı və riskləri gözə alan vətənpərvər insanların əməyi heç də boşa getməmişdir.
Naxçıvanın Azərbaycanın tərkibində toxunulmazlığını birdəfəlik olaraq təsbit etmiş Qars müqaviləsinin imzalanmasına nail olmuş o zamankı Türkiyə və Azərbaycan rəhbərləri bir gün bu qardaş ölkələrin regionun mütləq güc sahibi olacağını, Zəngəzuru itirsələr də Böyük Türk dünyasına pərçimlənmiş paslı erməni xəncərinin ayaq altına atılacağını yaxşı bilirdilər. Axı, tarix çox zaman baş verən mürəkkəb proseslərin diqtəsi altında yazılsa da, dünyanı irəli aparan cəmiyyətin iqtisadi-mədəni inkişaf meyilləri bir çox hallarda bu proseləri sanki tərsinə də çevirə bilir. Bu dəfə də belə oldu. Ermənilər xaricdəki havadarlarının himayəsi altında fitnə və terrorla əylənib, bu torpaqları kirlətməklə məşğul olduğu dövrdə Türk dünyası elmin, təhsilin və ən başlıcası çalışqanlığın verdiyi əzmlə ən yüksək inkişaf səviyyəsinə çatıb bütün dünyada öz sözünü dedi. Təkcə Qars müqaviləsinin bağlandığı dövrdən deyil, eləcə də ermənilərin Cənubi Qafqaza köçürülməsindən keçən bütün müddət ərzində baş vermiş bütün erməni həyasızlığına birdəfəlik son qoymuş Müzəffər Azərbaycan Ordusunun apardığı şanlı Vətən müharibəsi bu məsələyə son nidanı qoydu. Biabırçı məğlubiyyətə uğrayaraq sanki, özündən böyük ov udmuş ilanlar kimi qıvrılan erməni cəmiyyəti indi yüz il içərisində törətdiyi saysız-hesabsız cinayətlərə görə cavab verməklə bərabər bir zamanlar bütün bu bölgənin inkişafında mühüm rolu olmuş Zəngəzur qapısını da yenidən açmağa məcbur edilmişdir.
Zaman sürətlə dəyişir və xülyapərəst ermənilər hələ də 1920-ci ilin səviyyəsində qalsalar da artıq onların da Qars müqaviləsi dövründəki tarixi proseslərdən düzgün nəticə çıxarması, yol kəsənin, qapı bağlayanın ən böyük ziyanı elə özünə vurduğunu dərk etməsinin vaxtı çatıb. Yüz il əvvəl Türk Dünyasının böyük öndərləri Türkiyə ilə həmsərhəd Naxçıvan qapısının açıq qalması üçün nə qədər qətiyyətli olmuşdularsa, bu gün də onların layiqli davamçıları qədim Azərbaycan torpağı Zəngəzur qapısını açmaqda bir o qədər əzmlidirlər. Dünya türklərini bir-birinə daha yaxından bağlayacaq bu yol bütün bölgə ölkələri üçün mühüm iqtisadi faydalar gətirməklə bərabər XXI əsrin ən böyük humanitar-mədəni layihəsi də olacaqdır. Bu layihənin titul vərəqində isə Naxçıvanın adı böyük hərflərlə yazılacaq.
Müəlliflər:
Əli Cabbarov və Nadir Hüseyinbəyli,
Naxçıvan Dövlət Universitetinin əməkdaşları
MİA.AZ
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib
"Heç kimin bostanına daş atmamışam" - Aparıcı Vüsalə Əlizadə verilişinin bağlanmasına reaksiya
Türkiyə ordusunda FETÖ-yə qarşı əməliyyat: 22 nəfər saxlanılıb
Naxçıvanda mediaya nəzarət aparat rəhbərinə tapşırılıb: "Ora ilə bağlı hər hansı bir sual olmamalıdır”
"TikTokda" paylaşımlar edən daha bir nəfər həbs olunub
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİR)
Azərbaycan nefti 7 dollar qalxdı - Neftimiz 80 dollara satılır
İsrail Ordusu Beyrutda telekanal binasını vurub
İrandan Hörmüzlə bağlı xəbərdarlıq: "Boğazdan keçməyə can atan gəmilər və neft kəmərləri məhv ediləcək"
ABŞ hərbçiləri Pakistanda etirazçıları atəşə tutub
SEPAH: "Bəhreyn, BƏƏ və Küveyti deyil, oradakı ABŞ bazalarını vururuq" - ABŞ bazalarındna biri tam məhv edilib?
Ayətullah Ərəfi: "Yeni dini lider seçilənə qədər..."
İran Qətərə yenə zərbə endirib - Dohada güclü partlayışlar olub
RUSİYANIN SABİQ PREZİDENTİ AVROPANI TƏHQİR ETDİ, 3-CÜ DÜNYA SAVAŞI MESAJI VERDİ "Əgər Tramp belə davam etsə..."
Misirdən İrana çağırış: "Ərəb ölkələrinə hücumları dayandırın!"
"MƏNİ SORĞU VƏ SEÇKİ MARAQLANDIRMIR" - Trampdan İrana hücumla bağlı yeni açıqlamalar
Pezeşkiandan ABŞ və İsrailə mesaj: "İran səssiz qalmayacaq və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclasları keçiriləcək
Ərdoğan İrana hücumdan danışdı: "Biz qan tökülməsinin, göz yaşlarının dayanmasını və..."
Ramazanın 13-ci gününün duası: imsak və iftar vaxtı
İranın nüvə obyektləri bombalanıb
Dövlət Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - Qərar
Xadimələr belə, ixtisara salınır, ancaq şirkət prezidenti və... - Komitə sədri SOCAR-dakı "baş-ayaq" kadr siyasətindən elə faktları sadaladı ki...
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
"QatarEnergy" LNG istehsalını dayandırdı
ABŞ İran hücumlarında 4 hərbçini itirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah 2026-cı ilin ilk Ay tutulması olacaq
İlham Əliyev Rusiya rəsmisini qəbul etdi - MÜZAKİRƏ + FOTOLAR
Ceyhun Səfərə "BakuBus”da vəzifə verilib
"Azəriqaz”ın 5 milyon manatdan artıq borcu var
Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb - Detallar
Azərbaycan və Bəhreyn XİN başçıları müzakirə aparıblar - Açıqlaça
Tehrana ağır zərbələr endirilir
Ağdərədə istismar müddəti bitmiş döyüş sursatları məhv ediləcək
Hakan Fidanla Ceyhun Bayramov telefonda danışdı