Xalq artisti: "Tapşırmışam ki, dəfn olunacağım yeri heç kim bilməsin"

img

01-04-2021 [17:43]


Xalq artisti Flora Kərimova "Gün ortası" verilişində vəsiyyətini açıqlayıb.

Mia.az Axşam.az-a istinadla xəbər verir ki, müğənni övladlarına və köməkçisi Yaquta onun ölümünü hər kəsdən gizlətmələrini tapşırdığını deyib:

"İstəmirəm şəklim asılsın və hamı "yazıq" desin. Hətta tapşırmışam ki, mümkün olsa, mənim harada dəfn olunmağımı heç kim bilməsin. Ancaq övladlarım bilsin. Əvvəl demişdim ki, bağda həyətdə dəfn etsinlər. Sonra düşündüm ki, Yaqut qorxacaq, düşüb həyətdə ağaclara su verməyəcək. Ölümdən qorxmuram. çünki yatıram, özümdən xəbərim olmur. Oyananda deyirəm ki, şükür oyandım. Öləndə də yatacam, bilməyəcəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA