26 partiya MSK-ya hesabat verməyib

img

01-04-2021 [16:34]


Siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət bu gün başa çatıb.

Məlumata görə, bu ilin əvvəlindən dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 36-sı illik maliyyə hesabatını MSK-ya təqdim edib. Digər partiyalar isə MSK-ya hesabat təqdim etməyib.

Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA