Qızlar, ondan bərk yapışın, azad seksin əleyhinə deyilmiş...
30-03-2021 [12:00]
Zülfiyyə Mustafayeva
***
Siz Allah, bu məlum video olayına “şəxsi həyat”-filan donu geyindirib, camaatın zəhləsini tökməyin. Onsuz da üzünə deməsəniz də, arxada Cəmil Həsənlini o ki var, sürüyürsünüz. “Qızı papagını yerə soxdu”, - deyirsiniz. Siz zatən, heç olaysız-filansız da öyrəşmisniz bir-birinizin dalıyca danışmaga, bir-birinizin ailəsini araya qoymaga. Söz gəzdirməyə.
Cəmil Həsənlinin qızının videosu da olsun sizin çayxana söhbətlərinizin məzəsi.
Məni başqa məsələlər maraqlandırır.
Necə olur ki, sıradan birinin qızının intim görüntüsü demirəm, haradasa, kiminləsə əl-ələ şəklini görəndə, olur əxlaqsızlıq, amma alimin qızının açıq yataq səhnələri olur “şəxsi həyata müdaxilə”?
Ətəyi qısa olan, gecə taksidən düşən, kiminsə katibəsi olan qadınların və qızların hamısı ortada videosu oldu-olmadı, sizlərin düşüncəsinə görə, əxlaqsızdı. Meyxanalar belə var yaxası açıq geyinənlər barədə.
Məsələn, Baba Pünhanın şeirlərinin az qala yarısı namus-qeyrətə “həsr olunub”. Onları oxuyanda fikirləşirsən ki, bu adamı yəqin millətin qısa ətəyi, yekə dekoltesinin dərdi öldürüb. Amma sizi inandırıram,
Baba Pünhan sag olsaydı, o da Cəmil Həsənlinin qızına əxlaqsız deməyəcəkdi.
“3 qız” olayında hamı qızları söyürdü. Cəmil Həsənlinin qızı qrup seks videosuna çəkilib, Amma hökuməti söyürlər.
İndi düşəcəksiniz üstümə ki, Cəmil Həsənli müxalifətdi, ictimai adamdı və s., yəni ona təxribat var.
Amma o qədər də bəsit deyil axı belə şeylər. Hanı sizin ədalətiniz? “Şəxsi həyat toxunulmazlıgı” yalnız ictimai xadimlərin ailəsinə məxsusdu?
İkincisi, Baba Pünhanın goru çatlayar-e, belə yerdə. Necə yəni, 2 qız, 1 oglan birləşib sevişiblər? Hanı bu dindarlar, mollalar, “halal-haram” axtaranlar? Niyə qışqırmırlar “dəhşət”? Bəs harada qaldı sizin şəriətiniz? Bunun adına siz mollalar “şəxsi həyat” deyirsiniz, yoxsa zina?
Mən Xədicə olayında da bir ictimaiyyətçi molladan soruşmuşdum: Xədicənin videosuna şəxsi həyat deyirsən, amma şəriət bunun “zina” oldugunu göstərir. Niyə? Axı haqq-ədalətə qalsa, Xədicə də sevişə bilər istədiyi adamla, Zaurun verilişindəki hansısa Məmmədin arvadı da. Neçə olur ki, Məmmədin arvadını linç edirsiniz, amma Xədicəyə şəriət istədiyi kimi sevişməyə icazə verir?
Şəriətimizin də iqtidarı-müxalifəti var yəni?
Müxalifət demişkən, bayaq dediyim kimi, siz müxalifətçilər “şəxsi həyat”-filan deyib, çox da şey eləməyin. Başınıza gələnləri iqtidardan bilirsiniz, amma vallahi, siz özünüz-özünüzə bəs edirsiniz. Yəni, özünüz-özünüzə qara yaxmaqda, şantaj etməkdə, arvad-uşagı araya qoymaqda tayınız-bərabəriniz yoxdu. Fuad Qəhrəmanlını qızışdırıb salırdınız arvadının üstünə ki, “arvadın şer yazmaqdansa, sənin şalvarını ütüləsin”. Belə-belə söhbətlərlə axırda evini yıxdınız. Qənimətin videoları zatən “bir ayrı aləm” idi.
Yadımdadı, bu müxalifətçilər öz əqidədaşları, silahdaşları, mitinqlərdə çiyin-çiyinə onlarla birlikdə olan qadınlar haqqında olmazın şaiyələr uydururdular. Bunların arasındakı qadınların əksəriyyəti subay idi, bəzilərinin yaşı ötmüşdü, yaxud boşanmışdı, əri ölən də vardı.
Nə yamaqlar vururdular bu qadınlara. Qadınları onun-bunun adına yamayırdılar. Bunlarla birlikdə çayxanalarda oturan qadınların arxasıyca danışırdılar.
Bu müxalifətin qəzetlərində çalışan xanımların da adını cürcəbür adamlara sırıyırdılar, yəni, “filankəsi filankəs saxlayır”,- söhbəti.
Partiya liderlərinin kabinetlərindən cavan partiya xanımlarının soragı gəlirdi, qapıdakı katibələrin bir başqa adı vardı. Ailəli qadın olanda da ərini araya qoyub ələ salırdılar, arvadı çayxanada oturduguna görə.
Bu, bizim müxalifətin "gender siyasəti”di.
Bu arada feminist qızlara da şad xəbərim var. Qızlar, Cəmil Həsənlidən bərk yapışın, adam azad seksin əleyhinə deyilmiş. Baxın, deyib ki, “qızım boşanıb, özü də 38 yaşı var, istədiyi həyatı yaşaya bilər”. Yəni, sizin plakatdakı sloqan vardı-ha, “istədiyimə v….m”, - bax, həmin o söhbətdi.
Amma açıgı, mən C.Həsənlinin açıqlamasının bu hissəsində bir az tərəddüddə qaldım, yəni, tam olaraq anlaşılmır ki, qızlar boşanıb 38 yaşa çatandan sonra istədiyinə “v..ə” bilər, yoxsa, bunu subay, yaxud boşanmadan,ya daha gənc yaşlarda da etmək mümkündü.
Qoy bunu da feminist bacılar aydınlaşdırsın.
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb