Rövşanə “Space” telekanalına geri döndü: "Fərqli mövzulara toxunulacaq" - VİDEO

img

29-03-2021 [20:18]


Aparıcı Rövşanə Ağasəfqızı 11 il çalışdığı “Space” telekanalına yenidən qayıdıb.

Aparıcı bildirib ki, gələn həftədən etibarən “Olduğu kimi” adlı sosial layihə ilə tamaşaçıların qarşısına çıxacaq:

“Qarabağ mövzusuna, müxtəlif hadisələrə qadınların baxış bucağından yanaşma olacaq. Hər gün fərqli mövzulara toxunulacaq. Bundan əlavə, layihədə əyləncəyə də üstünlük veriləcək. Veriliş həftəiçi hər gün saat 18:00-dan 20:00-dək davam edəcək”.

R.Ağasəfqızı illər öncə “Space”dən ayrılma səbəbini də açıqlayıb:

“Mənim formatıma uyğun olmayan və qane etməyən layihə təqdim olunduğu üçün kanaldan ayrıldım. Mənimlə birlikdə bəzi əməkdaşlar da kanalla yollarını ayırmağa məcbur oldular”.

Qeyd edək ki, aparıcı eyni zamanda “MTV Azərbaycan” kanalında sosial mövzuda olan "Bərabərik" adlı proqramda da fəaliyyətini davam etdirir/Axsam.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR