İRAN-ÇİN ARASINDAKI 25 İLLİK ANLAŞMANIN GİZLİ MƏQAMLARI: növbəti "Soyuq savaş"a əsas verən strateji saziş dünyanı silkələyəcək - Təhlil

img

27-03-2021 [19:27]


Xəbər verildiyi kimi, İranla Çin arasında “Əhatəli strateji tərəfdaşlıq” haqqında 25 illik müqavilə imzalanıb.

Məlumata görə, sənədi Tehranda səfərdə olan Çinin xarici işlər naziri Van İ və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif imzalayıb.

Bəs, bu 25 illik müqavilədə nələr yer alıb və bu, bizim bölgəmizə nələr vəd edir?

Mia.az Azərbaycanın qonşusunun imzaladığı uzunmüddətli müqavilənin ölkəmizi də yaxından maraqlandırdığını nəzərə alaraq, mövzu ilə bağlı Hakkı Uyğurun hələ bir müddət əvvəl "TRT farsca"da dərc olunan maraqlı məqaləsini tərcümə edib.

Həmin məqalənin Azərbaycan dilinə tərcüməsini olduğu kimi təqdim edirik:

***

Bu günlərdə İranda və dünya mətbuatında İran və Çinin 25 illik strateji bir anlaşma üzərində çalışdıqlarına dair çeşidli xəbər və şərhlər yayılır. 

Siyasi, hərbi və iqtisadi qolları olan Anlaşmanın qüvvəyə minməsi halında, ikili və regional münasibətlərə dərin təsirləri olacağı xüsusi vurğulanır.

Anlaşma ilə bağlı xəbərlərin daha çox İran mediasında yer alması və iranlı yüksək vəzifəlilərin şərhlərinin qabarıq görünməsi, buna qarşı Çin mətbuatının və səlahiyyətlilərinin bu ana qədər konkret açıqlama verməmələri diqqətdən qaçmır..

Qərb xəbər qaynaqları tərəfindən əldə olunan İran-Çin anlaşmasının maddələrinə keçmədən əvvəl, həmən hər məsələdə ikiyə bölünən İran siyasi toplumu və səlahiyyətli şəxslərinin Çinlə anlaşma məsələsində fikir birliyi içində olduğu ifadə edilməlidir.

Misal olaraq, rəqib qanad tərəfindən tez-tez Qərbçiliklə ittiham olunan Prezident Həsən Ruhani hökûməti və Xarici işlər naziri Cavad Zərif Çinlə anlaşmanın vacib tərəflərindən, o cümlədən iddiaların əksinə, Anlaşmanın heç bir gizli maddəsi olmadığı yönündə ısrarçıdırlar. Yenə qarşı qanadda yer alan ölkə lideri Ayətullah Xamneinin iqtisadi məsələlər üzrə  müşavirlərindən Ağa Məhəmmədi qatıldığı bir televiziya proqramında İranın beynəlxalq sərmayəyə ciddi ehtiyacı olduğunu qeyd edərək, Çinlə anlaşmanı xüsusi müdafiə edib. Bir sözlə, söhbət gedən Anlaşma və Çinlə strateji əlaqələr qurma məsələsində İrandakı bütün qrupların ortaq mövqedə olduqları aydın görünür.

Qərb qaynaqlarına görə, Anlaşmaya əsasən, İrana yatırılacaq 400 milyard dollar sərmayə ölkənin ən vacib strateji sahələrini əhatə edəcək. Belə ki, Çin sərmayəsi İranın kənd təsərrüfatından enerjiyə, daşımaçılıqdan rabitəyə qədər mütləq əksər sahələrini "qucaqlayacaq". Başqa sözlə desək, bu Anlaşma Çinin İranın demək olar ki, bütün bazarlarında böyük rola sahiblənməsinə imkan verəcək. 

Belə ki, 25 il müddətində İrandan güzəştli, ucuz enerji resursları alacaq Çin, eyni zamanda, ölkənin bir çox strateji dəniz və hava limanının işlətmə hüququna da sahiblənəcək. Bundan əlvaə, Pekin sərmayəsi ilə Pakistandan ta Livana qədər uzanan dəmir yolları da inşa ediləcək. Və ən əsası isə təsdiqlənməyən iddialara görə, Çin İranın hərbi sahələrinə də nüfuz edəcək, sayı minlərə çatacaq hərbi varlığını qurub yaradacaq...

Çinin ABŞ-la olan gərginliyə görə, bu ana qədər hər hansı bir məsələdə Vasinqtonla birbaşa qarşı-qarşıya qalmağa yol aça biləcək addım atmadığı bəllidir. Unutmayaq ki, ABŞ-a görə İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə icazə verməyən Pekin, eyni zamanda, ABŞ sanksiyalarından çəkinərək Tehrandan neft alışını önəmli ölçüdə azaltmışdı.

İndisə Çinin ABŞ-ın maksimum təzyiqi altında olan ölkə ilə belə geniş və straterji formatlı anlaşma imzalaması ABŞ-Çin münasibətlərində çox ciddi bir dönüş nöqtəsi yaradacaq. Anlaşmanın irəli sürülən maddələr çərçivəsində həyata keçiriləcəyi təqdirdə, bunun ABŞ-la Çin arasındakı "Soyuq savaş"ın daha sərt formatda cərəyan edəcəyinə stimil verəcəyi şübhə doğurmur.

Unutmayaq, tarixin dərin cilvəsi olaraq ABŞ-SSRİ arasındaki "Soyuq savaş" 2-ci Dünya müharibəsindən sonra İrandaki hərbçilərini geri çəkmək istəməyən sovetlər və buna qarşı çıxan ABŞ arasında İrana görə başlamış və 45 il davam etmişdi.

Budəfəki "Soyuq savaş"a yenəmi İran səbəb olacaq?

Digər maraqlı məqamlardan biri də Tehran rəhbərliyinin xüsusiylə xaricdəki müxaliflərinin “Türkmənçay-2”, ya da “Çağdaş Kapitülasiya Anlaşması” deyərək, qarşı çıxdığı Anlaşmaya müsbət yanaşmasıdır. Bunın da anlaşılan səbəbləri var. Belə ki, nüvə çalışmalarından geri çəkilərək 2015-ci ildə  ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya ilə imzalanan 5+1 sazişindən ABŞ-ın çıxmasıyla xəyal qırıqlığına uğrayan Tehran ənənəvi olaraq özünə yaxın saydığı Avropa paytaxtlarından da istədiyi maddi gözləntiləri ala bilmədi.

Üstəlik, ABŞ-ın artan təzyiqi nəticəsində milli valyutası uçuruma yuvarlandı, ölkənin bütü sahələr üzrə iqtisadi göstəriciləri iflasa doğru sürətli yol aldı. Xatırlayırsınızsa, hələ ötən il Həsən Ruhani iflasa diqqəti çəkərək, “İxracatçılar 20 milyard dolları ölkəyə gətirmədilər, artıq prokurorluq meydana girəcək”, - deyə açıqlama verməklə, zor-bəla ilə həyata keçirilən xarici ticarətdən əldə olunan qazancın da ölkəyə girmədiyini açıq dilə gətirmişdi...

Belə bir vəziyyətdə təcili xarici qaynağa ehtiyac duyan Tehranın maliyyə tələblərini Rusiyanın qarşılaması mümkün olmadığından, geriyə tək seçim Çin qalırdı. Tarixi yaddaşlarda xarici gücləri bir-biriylə tarazlaşdırma cəhdlərinin nəticəsiz örnəklərini özündə birləşdirən ölkə bütün ehtiyatlara rəğmən, Çindən başqa bir çıxış yol görmür.

Əlbəttə, bu ana qədər Anlaşma ilə bağlı səssiz qalan Çin rəhbərliyi belə bir iddialı anlaşmanın ciddi regional nəticələri olacağını bilir.

Beləliklə, indi əsas maraq budur: Pakistanla da strateji işbirliyi içində olan Çinin İran və təsiri olduğu digər ölkələr üzərindən Qərbi Asiya bölgəsində böyük nüfuz qazanmasına ABŞ necə qarşılıq verəcək?

Əlbəttə, bunu tezliklə zaman göstərəcək.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub