"TƏBİB, soruşmaq ayıb olmasın, onlara virus yoluxmur?" - Aparıcıdan tərs sual

img

26-03-2021 [15:44]


"Bir neçə il bundan əvvəl İslam Həmrəyliyi Oyunları zamanı "su estafeti" tədbiri ilə əlaqədər ölkə turuna çıxarkən Ağ Göl Milli Parkına da gəlmişdik. "Wikipediya" deyir ki, parkda ümumilikdə 500 mindən çox quş qışlayır, 140 növdən çox quş məskunlaşır, 87 növ quş yumurta qoyaraq bala verir. Burada rast gəlinən quşların 30 növünün adı "Azərbaycanın Qırmızı Kitabı"na salınıb".

Bu sözləri aparıcı Hüsniyə Məhərrəmova sosial şəbəkədə yazıb.

O, ərəb turistlərin qanunsuz ov etməsi məsələsinə reaksiya bildirib:

"Yadımdadır, xüsusi icazələrimizin olmasına baxmayaraq, bizi həmin ərazidə elə müşayiət edirdilər, elə bil işləməyə yox, həmin quşlardan kabab çəkməyə gəlmişdik. Telefona çəkmək istəyəndə narazıçılıq edirdilər, az qala pıçıltı ilə danışırdıq ki, amanın günüdü quşları narahat etməyək. Sözün düzü bunları çox anlayışlı qarşıladıq, hətta sevindik ki, nə gözəl, təbiətimizin qayğısına qalırlar.

Sözümün canı nədir... Həmin adamlar, hardasız? Dinməz olmusunuz? Hara baxırsınız? Heç utanırsınız? Nə vaxta qədər biz sizin yerinizə utanacayıq? Nə qaldı ki, pula satmayasız? Abırınızı, əxlaqınızı, mənəviyyatınızı satdınız, atam doymadınız?

TƏBİB, soruşmaq ayıb olmasın, onlara virus yoluxmur? Onlara açıq havada maskasız gəzmək olar? Toplaşmaq da olar? Yoxsa onlar "cərimə"lərini öncədən ödəyiblər? Sizə elə gəlmir ki, ikili standartlarınız bir az çox oldu?!"/Axşam.az

Qeyd edək ki, ərəblər Qax Dövlət Təbiət Yasaqlığında nadir Qafqaz durnasını ovlayıblar. Bildirilir ki, çoxalan populyasiyanın sayı təbiətdə 200-250 cütdən ibarətdir. Bundan başqa, onlar dünən gecə ovlanması qadağan olunan qaraqarın bağrıqara, bəzgək kimi quşları da ovlayıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR