Ərəblər Azərbaycanda nadir quş növünü ovlayır: "Qarşılarına çıxan hər şeyi məhv edirlər" - ETSN hara baxır? + FOTO/VİDEO

img

25-03-2021 [19:03]


"Qarşılarına çıxan hər şeyi məhv edirlər. Heç bir qırmızı xətt yoxdur".

Mia.az xəbər verir ki, bu barədə məlumat və videonu "Feysbuk"da "Ecofront" səhifəsi paylaşıb.

Bildirilib ki, fakt bu gün Qax Dövlət Təbiət Qoruğunda qeydə alınıb: "Bu nadir Qafqaz durnasıdır (lat. Grus grus archibaldi). Çoxalan populyasiyanın sayı təbiətdə 200-250 cütdən ibarətdir!".

Qeyd edək ki, bu barədə foto və videonu sosial şəbəkədə yüzlərlə tanınmış şəxslər də paylaşaraq, Ekologiya və Təıbii Sərvətlər Nazirlyini "topa tutublar", hətta nazir Muxtar Babayevi səlahiyyətlərini yerinə yetirə bilməməkdə ittiham edənlər var..

***

Qax rayonunun Acınohur ərazisində xarici turistlərin qanunsuz ov hallarına yol verməsi barədə sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlar, foto və video materiallar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Mia.az xəbər verir ki, bunu xidmətin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, bəzi görüntülərdə və yerində aparılan araşdırmalarda qanun pozuntuları müəyyən edildiyindən iki əcnəbi turist Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərinin pozulmasına və təbiətə vurulmuş ziyana görə cərimələniblər.

***

Onu da xatırladaq ki, Cavid Qara bir neçə gün əvvəl ərəblərin Azərbaycandakı daha bir əməli ilə foto paylaşmışdı. Həmin görüntülərdən aydın olur ki, bir neçə ərəb turist dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem edir. 

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirmişdi ki, yayılan görüntülərdən xəbərdardırlar: “Bizə məlumat daxil olub, məsələ ilə bağlı araşdırma aparılacaq. Qeyd edilənlərdə qanun pozuntusu olub-olmaması, nə dərəcədə təhlükəliliyi və digər məsələlərə aydınlıq gətiriləcək. Həmçinin ərazidə ETSN-in əməkdaşlarının olması, bu və ya digər dərəcədə pozuntuları görüb, göz yumması kimi faktlar bizə təqdim olunarsa, bu məsələlər də tərəfimizdən obyektiv şəkildə araşdırılıb ictimaiyyətə məlumat veriləcək”.

Sonradan xəbər yayıldı ki, bu fakta görə cərimələnlər olub...

Maraqlıdır, ETSN bu dəfə hansı addımı atacaq?

MİA.AZ 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR