Hikmət Hacıyevdən ermənilərin Cəbrayılda ibadətgah tikməsinə reaksiya: "XİN sözçüsü işlədiyim zaman..."

img

25-03-2021 [15:24]


Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş Cəbrayıl rayonunda erməni kilsəsinin sökülməsinə dair KİV-də yayılan xəbərlərə reaksiya verib.

Mia.az xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində paylaşım edib.

Prezidentin köməkçisi bildirib ki, 2017-ci ildə XİN sözçüsü kimi işləyərkən, işğal altında olan, əvvəllər ermənilərin heç vaxt yaşamadığı Cəbrayılda qanunsuz olaraq ibadətgah tikilməsi barədə açıqlama verib: "Orada qeyd olunurdu ki, Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyin məhv edildiyi bir vaxtda belə dini abidənin inşası xristianlığın təməl prinsiplərinə ziddir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR