MANATI NƏ GÖZLƏYİR? - Vüqar Bayramov yazır

img

24-03-2021 [15:11]


Vüqar Bayramov,

Deputat

***

Qlobal valyuta bazarında dolların məzənnəsinin möhkəmlənməsi müşahidə olunmaqdadır. Avro da dollara nisbətən dəyər itirməkdədir. Bir müddət əvvəl 1 avro almaq üçün 1.20 dollar ödəmək lazım idisə indi məzənnə 1.18-dək azalıb. Bu günki birja nəticələrində dollar, demək olar, bütün səbət valyutalara nisbətən möhkəmlənib.

Türkiyə lirəsindən sonra şimal qonşumuzda da milli valyuta dollar qarşısında dəyərsizləşib. Belə ki, 1 həftə öncə 1 dollar üçün 72 rubl ödəmək lazım idisə, indi bu rəqəm 76 rubladək dəyişib. Dolların səbət valyutalara nisbətən dəyər qazanması Birləşmiş Ştatlarda yeni fiskal stimullaşdırma paketi hazırlaması və Federal Ehtiyatlar Sisteminin (FES) monetar siyasəti normallaşdırmaq cəhdləri ilə bağlıdır. Bu arada Fitch agentliyi ABŞ üçün 2021-ci ildə iqtisadi artım proqnozunu 4.5 faizdən 6.2 faizədək yüksəldib. Bununla yanaşı, bir sıra ölkələrdə o cümlədən Rusiya və Türkiyədə milli valyutaların ABŞ puluna nisbətən ucuzlaşmasının yerli spesifik səbəbləri də var.

Azərbaycanda valyuta bazarında Mərkəzi Bankın intervensiyası hələ də həlledici olaraq qalmaqdadır. Bu baxımdan, qlobal valyuta bazarındakı dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişməsi yenə də Mərkəzi Bankın mövqeyindən asılı olacaq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR