"Elə bil cənnət quşu idi..." - Nazpəri oğlunun ölümündən danışdı

img

23-03-2021 [00:19]


"Oğlum, valideynlərimin və qardaşımın dəfn olunduğu Qobustan qəbirstanlığında torpağa tapşırılacaq".

Mia.az bildirir ki, bu sözləri news24.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib.

Oğlunun vəfatının şokunu yaşayan sənətçi onun ölümünün ani olduğunu bildirdi: "Oğlum quş kimi yanımdan ucub getdi. Xalasıyla, mənimlə deyə-gülə getdi balam. Təcili yardım gələnə qədər canını tapşırdı".

"Elə bil cənnət quşu idi... Deməli, həyatıma bu da yazılıbmış"- deyən sənətçi göz yaşlarını saxlaya bilmədi.

Qeyd edək ki, xalq artistinin 41 yaşlı oğlu bu gün günorta saatlarında ürək çatışmazlığından vəfat edib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR