Çavuşoğlu ilə Lavrov bu dəfə Qətərdə bir araya gəldi - Qarabağla bağlı nələr müzakirə olunub?

img

10-03-2021 [23:52]


Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərin paytaxtı Dohada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Bu barədə Türkiyənin Xarici işlər naziri özünün tvitterdəki səhifəsində bildirib.

Mövlud Çavuşoğlu qeyd edib ki, o, rusiyalı həmkarı ilə ikitərəfli əlaqələri, habelə Dağlıq Qarabağda, Liviyada və Suriyada yaranmış vəziyyəti müzakirə edib.

"Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla Türkiyə və Rusiya arasında münasibətləri, Dağlıq Qarabağda, Liviyada və Suriyada son hadisələri müzakirə etdik", - deyə Mövlud Çavuşoğlu tvitterdəki səhifəsində yazıb.

Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib ki, rəsmi Ankara turizm sahəsində pandemiyadan əvvəlki göstəricilərə nail olmağa hədəf seçib.

Çavuşoğlu həmçinin xatırladıb ki, çərşənbə günü Türkiyənin Mersin əyalətində "Akkuyu" atom elektrostansiyasının enerji blokunun təməlqoyma mərasimi olub.

"Qoy o ləyaqətlə xalqımıza xidmət etsin", - nazir əlavə edib/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA