İsrailin baş naziri BƏƏ-yə rəsmi səfər edəcək

img

10-03-2021 [16:38]


İsrailin baş naziri Benyamin Netaniyahu martın 11-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfər edəcək.

Bu barədə BƏƏ-dəki mənbələr bildirib.

Bildirilib ki, Binyamin Netaniyahu BƏƏ-nin vəliəhdi şahzadə Məhəmməd ibn-Zahid ən-Nahyanla görüşəcək.

Xatırladaq ki, 2020-ci il sentyabr 15-də Ağ evdə keçirilən rəsmi mərasimdə İsrail və BƏƏ arasında "münasibətlərin normallaşması"na dair müqavilələr imzalanmışdı.

İsrail münasibətlərin normallaşdırılmasından sonra BƏƏ səfirliyi üçün Eitan Naehi müvəqqəti missiya rəhbəri olaraq Əbu-Dabiyə təyin etmişdi.

Qeyd edək ki, bu il martın 1-də Birləşmiş Ərəb Əmirliyinin İsrailə təyin olunan səfiri Məhəmməd əl-Hayya tarixdə ilk dəfə olaraq Təl-Əvivə gedib. Məhəmməd əl-Hayya vəzifə səlahiyyətlərinin icrasına yəhudilərin Pesax bayramından sonra başlayacaq./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA