Daha bir ordu generalı Paşinyanın istefasını tələb edir: "O, dövlətin təhlükəsizlik sistemini sarsıdır"

img

10-03-2021 [15:27]



Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun komandanı, general-mayor Qriqori Xaçaturov ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edir.

“Sputnik Armeniya” xəbər verir ki, o, bununla bağlı bəyanat yayıb.

Q.Xaçaturovun sözlərinə görə, son üç ildə Baş Qərargahın dörd rəisinin N.Paşinyanın təşəbbüsü ilə dəyişdirilməsi onun qeyri-adektvatlığı və məsuliyyətsiz davranışından xəbər verir.

General-mayor hesab edir ki, N.Paşinyanın Ermənistana rəhbərlik etdiyi hər yeni gün dövlətin təhlükəsizlik sistemini sarsıdır və gələcəyini şübhə altına alır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA