Fransanın hərbçiləri ilk dəfə kosmosda təlimlərə başlayıblar

img

10-03-2021 [00:12]


Fransanın hərbçiləri ölkənin silahlı qüvvələrinin tarixində ilk dəfə kosmosda təlimlərə başlayıblar.

Fransa mətbuatı xəbər verir ki, təlimlər 1965-ci ildə buraxılmış ilk fransız peyki “AsterX”-in xatirəsinə “AsterX” adını daşıyır. Hərbçilər manevrlərin gedişatında potensial təhlükəli kosmik obyekti, həmçinin şəxsi peyk üçün təhlükəni izləyəcəklər.

"(Ssenariyə görə - red) Bir sıra hadisələr baş verir və kosmik infrastrukturumuzla əlaqəli böhranlar və təhdidlər ortaya çıxır, ancaq bunlar yeganə deyil", - Fransa kosmik qüvvələri komandanlığının başçısı Mişel Friedlinq Tuluzada jurnalistlərə deyib.

KİV-in məlumatına görə, təlimlərdə həmçinin ABŞ-ın kosmik qüvvələri və Almaniyanın kosmik agentlikləri iştirak edir. Təlimlər cümə gününə qədər davam edəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA