Ruhani Baydenə səsləndi: "ABŞ iqtisadi sanksiyalarını ləğv etsə..."
08-03-2021 [17:49]
ABŞ iqtisadi sanksiyalarını ləğv etsə, İran 2015-ci il nüvə sazişinin ölçülərinə uyğun addımlar atacağını bəyan edib.
"ABŞ qanunsuz sanksiyaları ləğv, təhdid və təzyiq siyasətindən imtina etdikdə, İran nüvə anlaşmasına əsaslanan kompensasiya tədbirləri görməyə və öhdəliklərini yerinə yetirməyə hazırdır" - deyə, İran Prezidenti Həsən Ruhani martın 7-də bildirib.
Ruhani bunları İrlandiyanın xarici işlər naziri Simon Coveneyi nüvə anlaşmasını canlandırmaq üçün diplomatik səylər çərçivəsində qəbul edərkən deyib.
İrlandiya müqavilə tərəfi olmasa da, Dublin nüvə razılaşmasının həyata keçirilməsində vasitəçi roluna malikdir.
Ruhani müqaviləni imzalayan İngiltərə, Fransa və Almaniyanı öhdəliklərinə qarşı hərəkətsizlikdə günahlandırıb. O, İranın "bunun üçün hesab ödəyən yeganə tərəf olduğunu" bildirib.
2015-ci ildə ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya İranla nüvə silahını inkişaf etdirməsinin qarşısını almaq üçün nüvə proqramını məhdudlaşdırmaq barədə razılığa gəlib.
Bunun qarşılığında nüvə proqramının dinc məqsəd daşıdığını deyən İrana qarşı sanksiyalar yüngülləşdirilib.
ABŞ-ın sabiq Prezidenti Donald Tramp 2015-ci ildə sazişin İranın raket proqramını və Yaxın Şərqdə artan nüfuzunu məhdudlaşdırmadığını iddia edərək, İran və dünya qüdrətlərinin imzaladığı razılıqdan geri çəkilmiş və İrana qarşı sanksiyaları bərpa etmişdi.
İran müqavilədəki öhdəliklərini Trampın razılaşmadan geri çəkilməsindən və ABŞ-ın bu ölkəyə qarşı iqtisadi sanksiyalarını bərpa etməsindən təxminən bir il sonra, 2019-cu ildə pozmağa başlayıb və son aylar bunu daha da sürətləndirib.
ABŞ Prezidenti Co Bayden sazişə qayıda biləcəyini deyib.
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı