Milyarder deputat helikopter qəzasında həlak oldu - Fransada

img

07-03-2021 [22:49]


Fransanın şimalında, Normandiya ərazisində helikopter qəzası olub.

“Europe 1” radiostansiyası xəbər verir ki, helikopter Tuk kommunası ərazisinə düşüb.

Hadisə nəticəsində Fransa Milli Məclisinin deputatı, milyarder Olivye Dasso həlak olub. Onun 60 yaşı varmış.

Qəza zamanı həmçinin helikopterin pilotu da həlak olub.

Fransa prezidenti Emmanuel Makron həlak olanların ailələrinə başsağlığı verib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR