Hakim partiya qalmaqallı səsyazısı ilə bağlı bəyanat yaydı

img

07-03-2021 [20:05]


Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası ötən gün televiziya vasitəsilə yayımlanan və qalmaqala səbəb olan gizli səsyazısı ilə bağlı bəyanat yayıb.

Sənəddə audioyazının 2010-2011-ci illərə aid danışıqlardan ibarət olduğu və kobud formada hazırlandığı bildirilib.

Sənəddə qeyd olunub ki, qanunsuz dinləmələr aparmaq və ondan istifadə müxalif Vahid Milli Birilik Hərəkatına aid əməllərdir: “Radikal müxalifət bu yazı ilə danışıqlardan imtina üçün səbəb kimi istifadə etmək istəyir. Onların yeni kampaniyasının heç bir perspektivi yoxdur, çünki saxtakarlığa əsaslanıb”.

“Gürcü Arzusu” buna baxmayaraq, konstruktiv mövqeyindən imtina etməyəcəyini vurğulayıb: “Biz beynəlxalq tərəfdaşlarımızın da dəstəklədiyi dialoqu davam etdirməyə hazırıq”.

Xatırladaq ki, Gürcüstanın “Pirveli” telekanalı hakim Gürcü Arzusu Partiyasının keçmiş sədri Bidzina İvanişvilinin oğlu Bera İvanişvili və baş nazir İrakli Qaribaşvilinin təxmin edilən telefon danışığının səsyazısını yayıb. Audioyazıda B.İvanişvili İ.Qaribaşvilidən feysbuk sosial şəbəkəsində neqativ şərhlər yazan məktəblinin cəzalandırılmasını tələb edir. Süjetin yayımlanmasından sonra ölkə müxalifəti hökumət başçısının istefasını tələb etməyə başlayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR