Qadın olmagın fransız variantı...
07-03-2021 [18:12]
Zülfiyyə MUSTAFAYEVA
(8 Mart düşüncələrim)
***
Qadınlara yönəlik siyasi-hərbi planlar hazırlananda, onun müsəlman ölkələri üçün ssenarisi ayrı yaradılır: çünki müsəlman ölkələrində qadınlara daha həssas münasibət var. Qadın müsəlman toplumunun namusu və ən zəif yeridir. Məhz bu səbəbdən beynəlxalq beyin institutlarının müsəlman ölkələri ilə baglı hazırladıqları strateji uzunmüddətli hədəflərə bu psixoloji amil daxil etməyə bilməz.
Məsələn, Balkan ölkələri müharibəsində bölgənin müsəlman əhalisinin toplu təcavüzə məruz qalması sistemli bir plan idi. Bölgə üzərindəki siyasi oyunlarda yerli müsəlmanların iradəsinin qırılması üçün qadın amilindən istifadə edildi. Müsəlman qadınlar yaşından asılı olmayaraq toplu təcavuzə məruz qaldılar. Beləliklə, müsəlman kişilərinin təkcə “sındırılması” baş vermədi, bütövlükdə müsəlman əhalisinin mənəvi ruhu dagıdıldı.
Bölgədə indiyə qədər qadın təşkilatları təcavüzə məruz qalanlar arasında psixoloji yardım proqramlarını həyata keçirir: onların hesabatlarına görə, Balkanların müsəlman əhalisi arasında yaşından asılı olmayaraq (yaşlı, uşaq, gənc) zorlamaya məruz qalmayan qadın yoxdu. Bu, etnik millətin ruhunun sındırılması, tapdanması və geriyə dönüşü olmayan bir sistemin tətbiqi deməkdi. Bunu Balkan müharibəsinin ssenarisi üçün ayrıca tərtib etmişdilər. Çünki strateji beyin mərkəzləri müsəlman aləmi üçün qadın amilinin nə oldugunu bilirdi.
Bilirdi ki, əzilmiz, ruhu sındırılmış, zorlanmış qadınlar daha heç bir zaman bu etnik millətin qəhrəmanlarını doga bilməyəcək, zorlanan qadınların həyata dönüşü baş verməyəcək və müsəlman ailələrində qadınların ruhunun yenilənməsi üçün ən azı bir neçə nəsil dəyişsə, bəlkə insanlar bu ruhi düşkünlüyü yaddaşlardan silə bilər.
Strateji beyin institutları digər bölgələri də araşdırır: məsələn, bir neçə il bundan Özbəkistanın bir qrup qeyri-hökumət təşkilatı (QHT) Amerikanın bu ölkədəki səfirliyindən gələn qrant layihəsi təklifindən imtina etdiyini demişdilər. Qrant təklifinin ilk baxışda çox “zərərsiz”, “siyasətə aid olmayan” mövzu oldugunu düşünərək təəccüblənənlər oldugu üçün, QHT-lər sonradan məsələni açdılar.
Layihə Özbəkistan ərazisində qadın və uşaqlar arasında intihar hallarına dair vəziyyətin qiymətləndirilməsini nəzərdə tuturdu. Belə baxanda, “siyasət”, “inqilab” yoxdur da, eləmi? Amma baxın: bir ölkənin əhalisinin nəbzini tutmaq üçün bu informasiya nə qədər vacibdi? Qadınların və uşaqlarıb nədən özünü öldürdüyünə dair araşdırmanın nəticələri bu ölkəyə dair böyük strateji planın kiçik detallarını tamamlamaga, bütöv mənzərəni yaratmaga və siyasi planlara xidmət edə bilər.
Seçilmiş ölkələrdə qadınlara yönəlik spontan, naşı aksiyalar və çagırışların ortaya çıxması bu səbəbdən təsadüfi ola bilməz. Bəzən cəmiyyət bunu səhvən feminizmə baglayır.
Feminizm əslində güclü bir hərəkatdır. Onun prinsiplərinin kökündə ənənəvi siyasət dayanmır. Düzdü, siyasi komponentləri var: məsələn, qadınların rəhbər və qərarverici orqanlarda daha çox təmsil olunması. Feminizm hərəkatı cəmiyyətdə və ailədə kişilərin rolunun kiçildilməsinə və hətta əhəmiyyətsizləşdirlməsinə yönəlik ideyaları özündə daşıyır. Mən 2007-ci ildə Amerikada belə təşkilatlarla görüşmüşəm. Onlar standart qadın təşkilatlarından fərqlənir və hətta feministlərlə standant qadın təşkilatlarının arasındakı çəkişmə açıq müşahidə olunur. Feministlər kişinin cəmiyyətdəki varlıgına təhəmmül belə etməyən radikallardır. İş yerlərində kişilər vacib, qərarverici postlarda ola bilməz. Feminist təşkilatda işləyən kişilərin vəzifələri kuryerlik, 3-cü və 4-cü dərəcəli köməkçi, sürücü, çaypaylayan, təmizləyici və s. bu kimi xidməti işlərdən kənara çıxa bilməz. Feminislərin cinsi münasibətlərə yanaşması da radikaldı: onlar seksual azadlıgı heç bir zaman təblig etmir, çünki qadınların bədənindən istifadəsinə nifrət edirlər. Feministlərin fikrincə, qadına seksual məqsədlər üçün yanaşma onların cəmiyyətdə yüksək mövqe qazanmasına mane olur, qadını alçaldır.
Standart qadın təşkilatları isə kişilərlə əməkdaşlıga üstünlük verir: onlar hesab edir ki, məişət və ailədaxili zorakılıgının qarşısının alınmasında, qadınların liderliyinin inkişaf etdilməsində kişilərlə əməkdaşlıq vacibdir. Çünki bununla da güclü cinsin arasında qadın hüquqlarına dair maariflənmə aparmaq asanlaşır.
Qadın hərəkatlarının mahiyyəti və prinsiplərini anlamayanda isə dolaşıq fikirli sloqanlar meydana gəlir. Məsələn, bizdəki aksiyalara baxaq: bir aksiyanın içərisinə həm seçki azadlıgı kimi sırf siyasi mövzunu, qadınlara qarşı zorakılıga dair sırf ailə-məişət mövzusunu, seks azadlıgı kimi sırf davranış mövzusunu necə yerləşdirmək olar? Bunlar spontan ortaya çıxan, çox ucuz hazırlanan tədbirlərdi. Faydasızdı. Bir az cəmiyyətdə bizləri, yəni, qadınları söyəcəklər, vəssalam. Uzaqbaşı, təşkilatçılara“feminist” kimi xaricə mühacirət etməkçün əl verir.
Bundan əvvəllərdə də “qurşaqdan aşagı” yazılarla “mən də feminstəm” deyə, cəmiyyəti bezdirənlər var idi. Sonra Avropaya mühacirət edib sakitləşdilər.
“Azad seks”, “ərə getmədən də uşaq dogmaq olar”, - deyən “feminist”lərin ətrafına gənclər çox toplanır: ailə institutları, ərlər, qayınanalar, toy adətləri söyülür, gəlin paltarları laga qoyulur. “Azad seks” həvəsinə bir xeyli cavan oglan yıgışır bu qızların ətrafına: “dəstək” verirlər.
Amma nədənsə, “feminist liderlər” adətlərimizi söydükləri halda, özləri el adətincə, telli-duvaglı ərə gedir. Bir yox, iki toy edir. Ələ saldııgı gəlinlik paltarını geyinir, ərsiz uşaq dogmur. Onun ətrafında “azad seks” ideyalarına qoşulanlar isə uzunmüddətli strateji planın ucuz qurbanına çevrilir.
2019-cu ildə İtaliya hökuməti kişilər tərəfindən öldürülən qadınların uşaqlarına dəstək üçün 12 milyon avronun ayrıldıgını bəyan etmişdi. Bu vəsait həmin uşaqların təhsilinə və tibbi xərclərinə sərf edilir. 2019-cu ildə İtaliyada əri və ya birgə yaşadıgı kişilər tərəfindən 94 qadın öldürülüb.
Bəs bizim aksiyalar nəyə bənzəyir? Qadınlara qarşı zorakılıga son qoymaq üçün siyasi vasitələrdən istifadənin ən ucuz variantları bizdədi. Aksiyalarda qadın hüquqlarına dair çagırışların içində “azad seçki”- filan da olur. Bu cagırışın əri tərəfindən öldürülən qadının vəziyyətinə hansı təsiri ola bilər?
Azad seçki çagırışı bir başqa mövzudu, onun üçün aksiya keçirməyə dəyər. Amma məişət zorakılıgı problemi ilə nə əlaqə? Biz indiyə qədər ailədaxili zorakılıgı tam araşdırdıqmı?
Bizdə qadına məişətdə kim zülm edir? Kişilərmi?
Əsla! Bir az dərindən baxsaydıq, onda görərdik ki, bizim cəmiyyətdə qadın qadına zülm edir: qayınanalar, baldızlar, daha başqa statusdakı qohum-əqrəbadakı qadınlar. Bunları analiz etmədən məişət zorakılıgına qarşı siyasi vasitələrdən istifadə etmək olmur. Nə istədiyimizi bilmirik çünki. Uzaq hədəflərimiz yoxdu.
Azərbaycanda qadın azadlıgından narazı olanların çoxu Avropanı misal çəkir. Oradakı qadınlar daha xoşbəxt imiş. Gəlin, gedək Avropaya. İtaliya, məsələn, artıq qeyd etdim, təkcə 2019-cu ildə kişilər tərəfindən 94 qadın öldürülüb. Almaniyanı deyirsiniz? Olsun Almaniya: 2017-ci ildə 189 qadın öldürülüb, kişilər tərəfindən. Bəlkə Fransa? Azad sevgilər diyarı: 2017-ci ildə burada əri və ya sevgilisi tərəfindən öldürülən qadınların sayı 123 nəfər olub. Bu rəqəm 2019-cu ildə 137 nəfərə çatıb. “Frans Press” agentliyinin məlumatına görə, Fransada hər 3 gündən bir kişi partnyorları tərəfindən 1 qadın öldürülür. Ailədaxili müxtəlif növ zorakılıga məruz qalan fransız qadınlarının sayı il ərzində 220 min nəfərə çatır.
Sizi bilmirəm, mən məsələn, fransız qadını olmaq istəməzdim. Hərçənd onlarda kişilər daha romantik görünür, amma bütün əyər-əksikləri ilə birlikdə bizim ailə dəyərləri və kişilərin qadınlarımıza münasibəti, inanın ki, bir çox müasir sayılan ölkələrdən daha yaxşıdı. Kişilərin münasibətində də təkmilləşmələr gedir, açıgı, bu bir qədər uzunmüddətli prosesdi. Amma əsas odu ki, bizim mədəniyyətimizdə qadına olan mütərəqqi münasibətin özülü tarixə dayanır, dünənin, bu günün trendi deyil. Amerika kimi dünyaya demokratiya dərsi keçən bir ölkədə qadınlar kişilərlə bərabər hüquqlarını 1955-ci ildə uzun mübarizədən sonra əldə etdilər. İndiyə qədər də bu bərabərliyi itirmək qorxusu ilə yaşayırlar. Bizsə 1918-ci ildə evdə oturdugumuz yerdə Azərbaycan Demokratik Respublikanın vətəndaşları olaraq bu bərabər hüqüqları bizə verdilər. Hələ indiyə qədər bu konstitusion hüquqların əlimizdən alınmasına dair heç bir çagırış edilməyib bizdə kişilər tərəfindən.
Amma Amerikada qadın təşkilatları qorxur. Kişilərlə bərabər olmaq istəyi onları adi nəzakət davranışlarından məhrum edib. İctimai yerlərdə, nəqliyyatda kişilərin qadınlara yer vermək, agır çantasına yardım etmək, qarşısında qapını açmaq kimi nəzakət ənənələri yoxa çıxıb. Heç qadınlar da bunu istəmir.
Mən metroda bir kişinin təklif etdiyi yerdə əyləşəndə məni evində qonaq etmiş qadın sonra məni çox danlamışdı: ”Biz kişilərə möhtac deyilik, onlarsız da yaşaya, işləyə, dolana bilərik, çantaları daşıyarıq. Kişilər sonra bunları bəhanə edəcək, siz qadınlar zəifsiniz, bizimlə bərabər ola bilməzsiniz”, - deyəcək. Mən razılaşmamışdım. Axı nəzakətli bir kişinin sənin agır çantana yardım etməsindən, qapını səninçün açmasından, yerini sənə təklif etməsindən səmimi nə ola bilər ki! Bu ki, insani münasibətdi. Bunun altında hansısa məkrli bir siyasi məna axtarmaq, mənə, kiçik bir ölkənin qadınına gülməli gəlmişdi.
O böyük, həsəd aparılası ölkənin qadını isə axşam əri evə gələndə tez qaçıb tasda su gətirirdi, ərinin ayagını yuyurdu (evdə müasir vanna otaqları vardı). Kişi asqıranda qaçıb dəsmalı gətirirdi ki, burnunu silsin. Kişi onu şalvar geyinməyə qoymurdu, deyirdi, qadının qadın geyimi olmalıdı. Qadın niyə bunları qəbul edirdi? Qorxudan. Çünki ölkədə qərarverici əsas postların sahibi kişilər idi. Onların əlində idi qanunları istədikləri zaman qadınların əleyhinə dəyişmək.
Mən Dövlət Departamentində olanda vəzifə başında bircə qadın da görmədim. Şöbələrdə qadınlar vardı: amma onlar şöbə rəhbərinin hansısa müavininin köməkisinin qovluq daşıyanı, katibəsi, çay gətirəni, kuryeri, qonaq qarşılayanı idi. Yerli ştatlardakı rəsmi qurumlar da bu gündə idi: mən bir nəfər rəhbər qadınla rastlaşmadım. Amerikada o üzdən feminizm tam gücüylə işləyirdi: çünki bunu şərtləndirən amillər vardı. Və feminizm bizdəki kimi, ucuz seks şüarları daşımırdı: ciddi siyasi dayanışma vasitəsi idi.
O vaxt səfər təəssüratlarını yazanda bizim nümayındə heyətindəki qadınlar xahiş etdilər, bu “detal”lara toxunmayım. Çünki hamısı bizdə qadın hüquqlarını müdafiə edirdi...
Mənim fikrimcə, qadın hüquqları anlayışı əslində çox nisbidi: ölkədə qadına və onun cəmiyyətdəki roluna, tarixən mövcud olan yanaşmaya, mədəni münasibətə və toplumun ictimai fikrinə uygun olaraq qəbul edilməlidi. Qadın mövzusunun standartı ola bilməz və hansısa siyasi hədəfə çevrilməməlidi.
Öz ölkələrində qadın bərabərliyi kagız üzərindən o tərəfə keçməyən siyasi instututların uzunmüddətli planlarını vaxtında və daha soyuq başla anlamaq lazımdı.
Nə fransız, nə də amerikalı qadın olaq.
Azərbaycan qadının olaraq yanımızda nəzakətli, həssas, güvənə biləcəyimiz kişilərə hər zaman ehtiyacımız var.
MİA.AZ
Zelenski Ukraynanın 4 illik itkisini açıqladı: 55.000 hərbçi...
Mingəçevirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
Mask trilyoner olmaq yolunda - Sərvəti 850 milyard dolları ötdü
Türkiyədə qanun dəyişdi: avtoşlar və piyada yolunda skuterlər sürənləri ağır cəza gözləyir
Sabiq deputatdan icra başçısı haqda maraqlı açıqlama: "Adil Vəliyev ad çəkir, deyir ki, bu işin səbəbkarı deyil"
Aqranomun SOROS Fondundan keçən karyerası... - Və ya təhsil sahəsinin "ağır topu"...
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb