Qalib Azərbaycan ordusu...

img

06-03-2021 [19:38]


Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı zamanı şanlı ordumuz hər gün yeni qələbələrə imza ataraq düşmənə zərbələr endirirdi. 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmuş, bu illər ərzində təbii sərvətlərimizi istismar etmişdir. BMT-nin torpaqlarımızın işğalı ilə bağlı verdiyi 822,853,874,884 saylı qətnamələri kağız üzərində qalmışdı. Belə bir vəziyyətdə Azərbaycan öz torpaqlarını güc yolu ilə geri qaytarmalı oldu. Cənab Prezident İlham Əliyevin də bildirdiyi kimi “Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər”.

44 günlük qısa bir müddətdə şanlı Azərbaycan ordusu tarix yazdı və torpaqlarını düşmən tapdağından azad etdi. Nizamlı ordunun, vahid komandanlığın, güclü artilleriyanın və qəhrəman əsgərlərimizin şücaəti sayəsində ordumuz düşmənə ağır zərbələr endirdi və tarixi ədaləti bərpa etdilər. Təbii ki, bu qələbə şəhidlərin qanı hesabına qazanıldı. Biz bu torpaqları razılaşma ilə deyil, qəhrəman əsgərlərimizin qanı, canı hesabına geri qaytarıldı. Relyefin əlverişsiz olması, sıldırım qayaların dağların olması mübarizəni daha da çətinləşdirmişdir. Ordumuz dağları dırmaşaraq, qayaları aşaraq, aşağıdan yuxarı hərəkət etməklə düşmənə qalib gəldilər. Şuşanın azad edilməsi isə başlı başıma bir tarixdir. Düşmən hələ də ordumuzun necə Şuşanı azad etdiyini başa düşə bilmir.

Birinci Qarabağ müharibəsindən fərqli olaraq, İkinci Qarabağ müharibəsində artıq bizim güclü və ağıllı siyasət yürüdən Ali Baş Komandanımız, vahid və nizami, ən son hərbi texnikalarla təmin olunmuş ordumuz var. Bu qələbənin qazanılmasında Xüsusi Təyinatlı Qüvvələrin, Sərhəd xidmətinin, Naxçıvanın xüsusi qüvvələrinin, kəşfiyyat və təhlükəsizlik xidmətinin, daxili qoşunların böyük rolu olmuşdur.

Cənab Prezidentimiz İlham Əliyev yerli və xarici mətbuat nümayəndələri ilə 4 saatdan artıq keçirdiyi mətbuat konfransında Ordumuzun şücaətindən, qəhrəmanlıqlarından danışmışdır. İlham Əliyev bu müharibədə pilotsuz uçuş aparatlarının xüsusi rolu olduğunu bildirmişdir. Pilotsuz uçuş aparatları, kamikadzelər hədəfin müəyyənləşməsində və dəqiq

atəş açılaraq düşmənin və onların hərbi obyektlərinin vurulmasında çox böyük əhəmiyyətə malik olmuşdur. Xüsusilə Türkiyə istehsalı olan “Bayraktar” adlı uçuş aparatının rolu danılmazdır. Məhz bu cür aparatların sayəsində itkilərin sayı xeyli azalmışdır.

Ordumuzun peşəkarlığı, xalqın dəstəyi və güclü liderin başçılığı ilə Azərbaycan Ordusu, Azərbaycan xalqı dastan yazdı. Bununla da bütün dünyaya öz gücünü göstərdi, yeni əsrin müharibə qaydalarını yazdı.

Rumiyə Vəliyeva,

Nəsimi rayon gənc


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR